2015-09-03 09:20:18 | QHT VƏ MEDİA
Nezavisimaya qazeta” erməni separatçılarının “bayram” əhvalını korladı

Erməni separatçıları Dağlıq Qarabağın qondarma müstəqilliyinin 24 illiyini qeyd etdiyi bir gündə, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri işğalçıların əhvalını korlayan məqalə ilə çıxış edib

Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun erməni yalanlarını ifşa edən geniş yazısında rəsmi İrəvanın uzun illər erməni ictimaiyyətindən gizlətdiyi tarixi faktlar və ilkin mənbələr açıqlanır. 

Bildirilir ki, hazırda dünya elmi ilə erməni tarixşünaslığı arasında böyük bir uçurum yaranıb. Lakin hətta erməni mənşəli dünya alimləri belə Ermənistanın dəhlizlərində uydurulan yalançı tarixin təbliğindən imtina etdiyi bir vaxtda, rusiyalı politoloq Anton Yevstratov avqustun 19-da “Nezavisimaya qazeta”da yer almış məqaləsində bu yalanları yaymağa çalışıb.

Elə bu səbəbdən Fuad Axundov qərara gəlib ki, tarixi həqiqətləri əks etdirən bir sıra danılmaz faktları məhz “Nezavisimaya qazeta”nın vasitəsilə açıqlasın. 

Söhbət o faktlardan gedir ki, onlara görə ötən əsrin əvvəlində Ermənistan Elmlər Akademiyasına rəhbərlik etmiş akademik İosif Orbeli öz  kitabının bütün tirajını çapdan çıxar-çıxmaz məhv etməli olmuşdu. Elmi dairələrin 100 ilə yaxın idi ki, itmiş hesab etdiyi bu əsər, ilk dəfə olaraq bir neçə il bundan əvvəl Fuad Axundov tərəfindən Sankt-Peterburq arxivlərində tapılaraq, ictimailəşdirilib. 

Həmin faktlara istinad edən Prezident Administrasiyasının sektor müdiri vurğulayır ki, rusiyalı politoloq Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən Qanzasar alban məbədini “orta əsrlərdə Ermənistanın dini və siyasi mərkəzi” adlandırmaqla kobud tarixi saxtakarlığa yol verib. 

“Əgər Qanzasar doğrudan da ermənilərin siyasi və dini mərkəzi idisə, bəs onda Eçmiadzin və ya Vaqarşapat harada idi?” - deyə F. Axundov soruşur və əlavə edir ki, orta əsrlərdə erməni dini mərkəzi buradan minlərlə kilometr uzaqda, Kiçik Asiyada, elə ermənilərin özlərinin yaşadıqları Fərat çayının sahillərində yerləşib.

Hətta ermənilərin indiki dini mərkəzi olan Eçmiadzin belə üç məbəddən ibarət Alban kilsəsinin xarabalıqlarında yaradılıb. Təsadüfi deyil ki, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarının bütün fərmanlarında həmin ərazi “Azərbaycan ölkəsində yerləşən Üçkilsə” adlandırılır. Bu sənədlər uzaqda deyil, elə Ermənistanın özündə - əlyazmalar institutu Matenadaranda saxlanılır və onları vaxtilə erməni alimi Papazyan üzə çıxarıb. Əgər Qanzasar, Yevstratovun iddia etdiyi kimi, erməni siyasi və dini mərkəzi olubsa, onda necə olub ki, o, Azərbaycan ərazisində yerləşib?! 

 Görünür, rusiyalı politoloqun rus imperatorları Birinci və İkinci Pyotr və Birinci Pavelin fərmanlarından da xəbəri yoxdur. Olsaydı, bilərdi ki, onların bütün fərmanlarında bu ərazilər Azərbaycan adlandırılıb. Bütün bunları Yevstratovun diqqətinə çatdıran Fuad Axundov, ilk dəfə olaraq həmin fərmanların sürətini də açıqlayıb.  

Məqalənin orijinalı ilə http://www.ng.ru/ng_religii/2015-09-02/7_orbel.html ünvanında tanış olmaq olar.

Baxış sayı : 1732
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19