2019-01-18 11:00:51 | SİYASƏT
Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpa və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir

Bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji diplomatiya siyasəti həyata keçirməklə, ilk növbədə, problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. Deputat qeyd edib ki, bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Əgər diqqət yetirsək görəcəyik ki, bunlar bir neçə istiqamətdə müəyyənləşib. Bunlar şimal, cənub və qərb istiqamətləridir. Bilirik ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyası özünəməxsus və xüsusi çəkisi olan ölkədir. Amma biz onu da bilirik ki, bu ölkə ilə ayrı-ayrı mərhələlərdə münasibətlər sabit, ancaq enişli-yoxuşlu olub. 2007-ci ildən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası sayəsində Rusiya ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda, İranla münasibətlər yüksək səviyyəyə çatıb. Bu münasibətlərin yaxşı olması üçün Azərbaycan yeni diplomatik formatlar müəyyən edib və bu formatlar çərçivəsində öz milli maraqlarını müdafiə edən strategiya irəli sürüb. Nəticədə nə baş verib? Təkcə 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri altı dəfə görüşüblər. Bunun özü münasibətlərin yeni mərhələsindən xəbər verir.

Hikmət Babaoğlu qeyd edib ki, eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb: “Tutaq ki, şimal qonşumuza bəzi Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalar zamanı Azərbaycan yaxın qonşuluq prinsipindən çıxış etmiş, eyni zamanda, cənub qonşumuz İrana müxtəlif vaxtlarda, müxtəlif sanksiyalar tətbiq edilsə də, Azərbaycan qonşuluq siyasətini dəyişmədən cənub qonşumuzla münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Eyni vəziyyəti biz Gürcüstan və Türkiyəyə münasibətdə də müşahidə edə bilərik. Çünki Azərbaycanın həyata keçirdiyi bütün qlobal iqtisadi layihələrdə Gürcüstanı tranzit ölkə kimi müəyyənləşdirməklə və onun iqtisadiyyatına sərmayə qoymaqla, əlaqələri gücləndirməklə bu ölkə ilə münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Türkiyəyə gəldikdə isə bu münasibətlər hazırda, sözün həqiqi mənasında, “Bir millət, iki dövlət” münasibətləri səviyyəsində xarakterizə olunur. Göründüyü kimi, bunlar uzunmüddətli düşünülmüş strategiya nəticəsində mümkün olan reallıqlardır”.

Müsahibimiz əlavə edib ki, hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb. Eyni zamanda, ənənəvi müttəfiqlərini də itirib. Azərbaycan Prezidentinin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Düşünürük ki, 2019-cu il bu sahədə mühüm impulslar və irəliləyişlər kimi tarixə düşəcək.

Baxış sayı : 1157
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI