2015-08-20 10:45:17 | QHT VƏ MEDİA
Əcnəbi media Füzuli və Cəbrayıl rayonlarının işğalından yazıb

Pakistanın nüfuzlu - National Herald Tribun qəzetində tanınmış jurnalist Raca Cavid Ali Bhattinin “Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci ildönümü” adlı məqaləsi dərc edilib

Ölkəmizin Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə qeyd edilir ki, 1993-cü ilin avqust ayında işğal edilmiş Azərbaycanın qədim yaşayış məskənləri olan Füzuli rayonunda işğaldan əvvəl 1 şəhər, 1 şəhər tipli qəsəbə   və 75 kənd var idi.

Rayonun ümumi ərazisi  1386 km2 əhalisi isə 105 min nəfərdən artıq idi . Rayonun  işğaldan azad  edilmiş ərazilərində hazırda 13 qəsəbə və 20 kənd vardır. Bu qəsəbələrdən 12-si işğaldan azad edilmiş ərazilərdə, məcburi köçkün ailələri üçün yeni salınıb. Hazırda ərazidə  51 mindən çox məcburi köçkün məskunlaşıb.

Məqalədə, Cəbrayıl rayonu haqqında da, məlumat verilərək, bu rayonun ümumi ərazisinin 1049 km2 əhalisinin isə 54 min nəfərdən çox olduğu bildirilib. Lakin erməni işğalı  nəticəsində onlar Azərbaycanın 58 rayonunun 2000- dən çox yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşıblar.

Erməni işğalı nəticəsində Fizuli və Cəbrayıl rayonlarının bütün infrastrukturu dağıdılıb, yüzlərlə yaşayış məntəqəsi, şəhərlər və kəndlər yer üzərindən silinib. 10 minlərlə insan öz torpaqları uğrunda mübarizə aparıb, minlərlə insan şəhid olub və yaralanıb. Bhatti öz məqaləsində Füzuli və Cəbrayıl rayonlarının milli qəhrəmanları barədə də məlumat verib.

Yazar, ermənilər tərəfindən dağlıq ərazidə yerləşən və təbii sərvətlərə malik Füzuli və Cəbrayıl rayonlarının talan edilməsindən, meşə ərazilərinin kəsildiyi və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdılması, yaşayış məskənlərinin xarabalıqlara çevrilməsi, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edilməsi  barədə də məlumat verib.

Müəllif öz məqaləsində qeyd edib ki, işğal edilmiş hər iki rayon zəngin  yeraltı və yerüstü təbii ehtiyatlara malik olub. Lakin, həmin ehtiyatlar bu gün erməni barbarlar tərəfindən vəhşicəsinə talan edilərək Ermənistana daşınır.

Raca Cavid Ali Bhatti daha sonra qeyd edib hazırda Azərbaycanla Ermənistan arasında  atəşkəs elan edilməsinə baxmayaraq, bu ərazilərdə yenə də güllə səsləri eşidilməkdədir. Erməni silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozaraq burada məskunlaşmış dinc əhalini daim qorxu içində saxlamaqda davam  edir.(gün.az) 
Məqalə barədə ətraflı bu linkdə oxumaq mümkündür: http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=files.

 

Baxış sayı : 1919
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42