2018-08-09 15:55:34 | CƏMİYYƏT
Pirallahıda I yarımilliyin yekunlarına həsr olunmuş toplantı keçirilib

.

09 avqust 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının 2018-ci ilin I yarımilliyi üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Şura iclası keçirildi. Tədbirdə YAP Pirallahı rayon təşkilatının Şura üzvləri, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də partiyanın fəalları iştirak ediblər. Şura iclasını giriş nitqi ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ilk öncə bu ilin 11 aprel tarixində keçirilən Prezident seçkiləri və dövlət başçısı, YAP-ın sədri cənab İlham Əliyevin parlaq qələbəsindən bəhs etdi. Bildirdi ki, seçkinin nəticələri ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, həyata keçirilən siyasətin xalq tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.

Daha sonra hesabat dövrü ərazində rayon təşkilatı tərəfindən keçirilən tədbirlər və layihələr haqqında ətraflı məlumat verdi. Rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun olaraq hesabat dövründə müxtəlif tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş tədbirlər keçirildiyini qeyd etdi. Eyni zamanda çıxışında müxalifət nümayəndələrinin pozucu fəaliyyətindən bəhs edərək onların ölkəmizdə görülən işlərə qarayaxmağa çalışdıqlarını, müxtəlif şəxsi ambisiyaları ucbatında dövlətimizə şər atdıqlarını söylədi. Bütün partiya üzvlərini onlara qarşı aktiv mübarizəyə, ölkəmizin haqlı mövqeyinin, eləcə də dövlət başçısı İlham Əliyevin uğurlu siyasi xəttinin təbliğ edilməsində səfərbərliyə çağırdı.

Şura iclasında çıxış edən YAP Pirallahı rayon təşkilatının baş məsləhətçisi İlham Əsgərov bildirdi ki, YAP Pirallahı rayon təşkilatı 2018-ci ilin I yarımilliyi ərzində öz fəaliyyətini YAP-ın Nizamnamə və Proqramına, rayon təşkilatının müvafiq Fəaliyyət Planına uyğun qurub. Rayon təşkilatı daim səylə çalışıb, təşəbbüskarlıq göstərib, ümummilli lider Heydər Əliyev ideyalarının yaşadılmasında və təbliğində mühüm fəaliyyət həyata keçirib. Ölkə prezidenti cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi rəhbərliyinin, ölkəmizin davamlı inkişafının və tərəqqisinin cəmiyyətə, insanlara çatdırılması, rayon təşkilatının sıralarının keyfiyyət göstəriciləri baxımından daha da genişlənməsi, partiya üzvləri arasında mövcud əlaqələrin daha da intensivləşdirilməsi və yüksək səviyyəyə çatdırılması istiqamətində yorulmadan çalışıb.

Rayon təşkilatının fəaliyyəti, həmçinin Pirallahı rayonunda görülən işlərin cəmiyyətə çatdırılmasında bəhs edib. YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva çıxış edərək rayon təşkilatının Qadınlar Şurası tərəfindən görülən işlər və keçirilən tədbirlər haqqında danışdı. Qeyd etdi ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların rolu və sayı getdikcə artır. Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olmuşdur. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ayrı-ayrı sosial qrupların deyil, bütövlükdə bütün cəmiyyət üzvlərinin həyatında müsbət dəyişikliklərə səbəb olmuşdur.

Hesabat məruzəsi dinlədildikdən sonra tədbir iştirakçıları yekdilliklə YAP Pirallahı rayon təşkilatının 2018-ci ilin birinci yarımilliyinə dair hesabatı qənaətbəxş hesab etdilər. Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov növbəti hesabat dövrü üçün müvafiq Fəaliyyət Planı haqqında danışdı və səsə qoyularaq təsdiq edildi,həmçinin müzakirə olunan digər məsələlər barədə də müvafiq qərarlar qəbul edildi. Şura iclası YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxsin Fəxri Fərmanla təltif edilməsi ilə başa çatdı.

Baxış sayı : 1262
Cəbrayılın Sofulu kəndi - VİDEO 2021-07-24 17:25:41 İşğaldan azad olunan əraziləri görəndə çox təsirləndik - Fransalı deputat 2021-07-24 08:30:01 "Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir" 2021-07-24 07:55:49 Cavid Qurbanov: "İşğaldan azad olunan ərazilərdə dəmiryol infrastrukturunun yaradılması istiqamətində sürətli işlər aparılır" 2021-07-24 07:25:16 Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib 2021-07-23 15:30:06 Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı çapdan çıxıb 2021-07-23 15:10:17 Jerom Lamber: Qarabağ müharibəsinin əsas səbəblərindən biri Minsk qrupunun diplomatik uğursuzluğudur 2021-07-23 11:05:13 Üçtərəfli bəyanatın prinsiplərinə sadiqlik regionda sülh və sabitliyin təminatıdır - Rusiyalı politoloq 2021-07-23 10:25:12 “Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında 2021-07-23 09:05:11 Kəlbəcərin Bəzirxana kəndinin görüntüləri - Video 2021-07-23 07:30:05 Prezident İlham Əliyev: Bizim Zəfərimiz Ermənistanın bütün ideoloji sütunlarını darmadağın edib 2021-07-22 21:05:45 Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu Milli Mətbuat günü münasibətilə təbrik edir 2021-07-22 16:00:47 Bakıda Polad Həşimov parkı istifadəyə verildi 2021-07-22 10:35:13 Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir 2021-07-22 09:50:53 Könül Nurullayeva: Moskva görüşündə bir daha aydın oldu ki, Azərbaycan və Rusiya 10 noyabr bəyanatının icrası ilə bağlı vahid mövqedən çıxış edir 2021-07-22 09:45:56 Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub 2021-07-22 08:00:53 “Yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir” 2021-07-22 07:20:42 Bir qrup media nümayəndəsi mükafatlandırılıb 2021-07-21 21:20:58 Media və iqtisadi faktor 2021-07-21 20:05:12 Azərbaycan əsilli alman polisi kitab yazıb 2021-07-21 10:05:43 Ermənistan rəhbərliyi Cənubi Qafqazda silahlı toqquşmanı təşviq etdiyi üçün məsuliyyətə cəlb olunmalıdır - Piter Teys 2021-07-21 09:05:47 Qurban bayramı Şuşa şəhərində təntənə ilə qeyd olunub 2021-07-21 09:00:26 Prezidentlər arasında Qarabağ müzakirəsi 2021-07-20 22:10:12 Makron elektoral simpatiyanın artması naminə istənilən şəkildə "erməni" kartını işə salacaq - Oleq Kuznetsov 2021-07-20 09:25:31