2017-01-27 08:40:12 | TƏDQİQATLAR-ANALITIKA
Bəşəriyyəti təhdid edən əməllərinin qarşısı alınmalıdır

Araşdırma

Son bir neçə ildə bir sıra dövlətlərin parlamentləri, tanınmış siyasi xadimləri,  ABŞ-ın  müxtəlif ştatları  Xocalı hadisələrinə qiymət verərək  soyqırım aktı kimi tanıyıblar. Bütün bunlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından müsbət haldır. Lakin yetərli deyil. Həmin hadisələrə siyasi qiymət verib tanımaq,  soyqırımı törədənləri pisləmək  mövcud reallıq baxımından  zəruri olsa da,  hüquqi baxımdan məsələnin həlli deyil. Məsələnin ədalətli həlli üçün  cinayət varsa cəza mexanizmi işə düşməlidir.

 Hər il Xocalı soyqırımının ildönümü ərəfəsində  istər ölkə daxilində, istərsə də xaricdə çox geniş  anma tədbirləri keçirilir. Soyqırımı qurbanlarının xatirəsi  yad edilir. Bu, belə də olmalıdır. Yalnız Xocalı hadisələrinin ildönümü günlərində deyil, hər zaman biz bu tədbirləri beynəlxalq ictimaiyyəti maraqlandıracaq  formada təşkil etməliyik. Burada bütün vasitələrdən yararlanmaq lazımdır.  Ancaq   bu  təbliğat  üsulları ilə bərabər daha ciddi mexanizmlər üzərində çalışmaq lazımdır. Nəhayət, Xocalı məsələsini hüququ müstəviyə çıxarmaq zərurəti yaranıb. Məlum məsələdir ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün tərkib hissəsi olmuşdur.  Təbii ki, buna görə də  Ermənistanın əməlləri beynəlxalq cinayət sayılmalıdır.

 Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Xocalı hadisələri zamanı dinc insanların kütləvi şəkildə qəddarlıqla qətlə yetirliməsi, öldürülmüş şəxsləruin təhqir edilməsi insanlıq əleyhinə cinayətlərdir. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistan dövləti məsuliyyət daşıyır. Məhz bu aspektdən çıxış edərək  qeyd etmək lazımdır ki,  bizim fəaliyyətimiz  hüquqi müstəvidə davam etməlidir. 

 Necə ki,   II dünya müharibəsində  qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər  məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf  Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı.  Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi.  Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları  bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində  soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar  yaxşı  təcrübədir.

 Hətta onu da qeyd edim ki, ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə, bəzi şəxslər məsuliyyətə cəlb olundu.  Birbaşa müharibə cinayətlərində əli olan şəxslər axtarışa verildi. Belə nümunələri xeyli artırmaq olar,  Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq?  Bu gün  müharibə cinayətləri,  bu cinayətlərin  birbaşa günahkarları  sivil dünyanın, ümumilikdə götürsək bəşəriyyətin maraqlarına toxunur.

 Belə soyqırım əməllərinin qarşısı zamanında alınmayanda  beynəlxalq hüquq daha gülünc vəziyyətə düşür. Müharibə cinayətlərinin qarşısının alınmaması, soyqırım cinayəti törədənlərin  vaxtında məsuliyyətə cəlb olunmaması  sabitliyi, möhkəm sülhü əlçatmaz edir. Necə ki,  bu tendensiya Dağlıq Qarabağ münaqişəsində özünü göstərir. Deməli, dünyanın və bölgənin maraqlarına  zidd addımların qarşısını almaq üçün  Xocalı soyqırımında  iştirakı olan və həmin hadisələrin təşkilatçıları hüquqi məsuliyyətə cəlb olunmalıdır.

Əgər müharibə  və ümumilikdə soyqırımda iştirakı  iddia olunan şəxslər  məsuliyyətə cəlb olunmasa,  adları bəlli olan həmin şəxslərə qarşı yenə loyal münasibət davam edərsə, o zaman  beynəlxalq hüquq daha gülünc vəziyyətə düşəcək.

 Xocalı soyqırımında, ümumilikdə  Dağlıq Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində  iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər.  İngilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş etdib. Sarkisyan  isə baş vermiş hadisələrlə bağlı deyib: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq”.

 Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından  Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib. Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir.  Deməli, beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.
Əkrəm Bəydəmirli

 

Baxış sayı : 3420
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05