2023-01-24 07:15:59 | AKTUAL
Aygün Əliyeva: Agentlik hər hansı bir aksiyanın keçirilməsindən asılı olmayaraq qrant müsabiqələri keçirir

Mikroskopmedia.com elektron resursunda “Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması” adlı yazı dərc olunub.

Fact-info.az xəbər verir ki, məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək məqsədilə şərait yaradılması üçün 12 dekabr 2022-ci il tarixdən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eko-fəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayıblar.

“Aksiyaçıların əsas tələbləri monitorinq üçün şəraitin yaradılması, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınması, ermənilər tərəfindən aparılan ekoloji terrorun sona çatdırılmasından ibarətdir. Qeyd olunduğu kimi aksiyanı vətəndaş cəmiyyəti nümayəndələri keçirir. Təəssüflə qeyd etməliyik ki, hər zaman olduğu kimi dövlətin milli maraqları naminə aparılan işlər bəzi üzdəniraq qüvvələri narahat edir”.

“Qeyd etdiyiniz sayt da milli maraqlar üçün vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini təqdir etmək əvəzinə qarayaxma ilə məşğuldur” – deyə, A.Əliyeva əlavə edib:

“Agentlik hər hansı bir aksiyanın keçirilməsindən asılı olmayaraq, il ərzində qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələri keçirir. Məsələn 2022-ci ildə 500-dən çox QHT maliyyəlşdirilib. Əvvəlki illərdə də bu belə olub, bundan sonra da davam edəcək. Bu bizim fəaliyyət istiqamətimizdir, Azərbaycanda dövlət qeydiyyatına alınan bütün QHT-lər qrant müsabiqələri çərçivəsində maliyyə yardımı ayrılması üçün Agentliyə müraciət edə bilər”

Baxış sayı : 138
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05