
Fransadan olan deputatların təşəbbüsü ilə Avropa Parlamentinin (AP) yanvarın 19-da reallıqdan uzaq, Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə qəbul etməsi həmin qurumun qərəzli mahiyyətini ortaya qoydu. Bəzilərinin adı kağız parçası hesab etdiyi bu qətnamayə etinasız yanaşmaq olmaz.
Sənəddə qeyd olunur ki, guya, Azərbaycan Ermənistana hərbi təcavüz edib, həmçinin Laçın yolu blokadadadır və Xankəndidə yaşayan ermənilər ciddi çətinliklərlə üzləşiblər. Həmin qətnaməyə nəzər salanda elə təsəvvür yaranır ki, bu sənəd ermənilər tərəfdən hazırlanıb. Xüsusilə, Qarabağdakə separatçıların qondarma rəhbərlərindən biri olan Ruben Vardanyanın hər gün səsləndirdiyi fikirlər əsasında bu saxta bəyanat ortaya çıxıb. Bir daha aydın olur ki, belə qətnamələr erməni lobbisinin pulları hesabına ortalığa çıxır və Avropa Parlamentində dəstək qazanır.
Bu məqamlar onu deməyə əsas verir ki, öz nüfuzunu itirməkdə davam edən Avrapa Parlamentindəki korrupsiya halları dərindən araşdırılaraq geniş ictimaiyyətə məlumat verilməlidir. O zaman hansı əcnəbi deputatın əlinin hansı erməni milyarderin cibində olduğu aydın olacaq. Bu məqamlar şüarçılıqla, kampaniyaçılıqla bitməyəcək.
Yalnız dərin təhlillər və təhqiqatlar bir çox qaranlıq mətləblərə aydınlıq gətirər. Rüşvət müqabilində ədalət hissini itirmiş deputatların taleyini beynəlxalq hüquq sistemi müəyyən etməlidir.
Əkrəm Bəydəmirli