2023-01-23 08:45:08 | İQTİSADİYYAT
Türkiyə şirkəti Azərbaycana obyektlərin rəqəmsal xəritəsinin yaradılmasına dəstək göstərəcək

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Türkiyənin "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC ilə birlikdə vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparacaq.

Bu barədə “Report” DVX-ə istinadən xəbər verir.

Məlumata görə, bu proseslərə Əmlak Məsələləri Dövlət Xidməti də cəlb ediləcək.

"Məlum olduğu kimi, vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilib.

Qeyd olunan vəzifələrin həyata keçirilməsi, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədilə Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturunu işlənməsini təmin edəcək", - məlumatda deyilir.

Dislokasiya prosesləri zamanı Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun, olduğu ünvan üzrə vergi uçotuna alınmalı olan filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərində (obyektlərində) aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcək:

- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;

- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);

- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.

"Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Prosesə obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan "4MAPS BİLGİ TEKNOLOJİLERİ" MMC-nin əməkdaşları mütəxəssis qismində cəlb ediliblər.

Dövlət Vergi Xidməti dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi üçün sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir", - məlumatda deyilir.

Baxış sayı : 88
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05