2023-01-21 13:35:28 | SİYASƏT
Ankarada 20 Yanvar ilə əlaqədar anım tədbiri keçirilib

20 Yanvar - Ümumxalq Hüzn Günü münasibəti ilə  Ankarada Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentarilər Fondu və Qazi Universitetinin nəzdindəki Türk Dünyası Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə “Azadlığa gedən yolun asimmetrik savaşı” adlı tədbir keçirilib. Türkiyənin dövlət rəsmilərinin, diplomatik korpus təmsilçilərinin, qardaş dövlətin  hərbi məktəblərində təhsil alan azərbaycanlı kursantların, elm xadimlərinin, KİV və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə ilə bağlı videoçarx nümayiş olunub.


Fact-info.az xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun rəhbəri, Türkiyə Prezidenti yanında Xarici siyasət və təhlükəsizlik şurasının üzvü, prof. Aygün Attar 33 il öncə baş vermiş 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi yer aldığını bildirərək qeyd edib ki, Ümumxalq Hüzn Günü müstəqillik, azadlıq uğrunda mübarizəni daha da alovlandırmaqla xalqımızın yenilməz iradəsinin rəmzinə çevrilib. 

Professor Aygün Attar çıxışında dövrün totalitar rejiminin milli azadlıq, istiqlaliyyət uğrunda aparılan mübarizədə xalqın əzmini qırmaq cəhdlərinin boşa çıxmasından da söz açaraq qeyd edib ki, 20 Yanvar faciəsinin vurduğu sağalmaz yaralar xalqımızın xatirəsində hər zaman yaşayacağ,  şəhidlərimizin qanı bahasına əldə olunan azadlıq və müstəqilliyin heç vaxt əldən verilməyəcək.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov da çıxışında keçmiş sovet ordusunun 33 il əvvəl dinc və silahsız vətəndaşlarımıza qarşı görünməmiş qətliam törətdiyini xatırladaraq  vurğulayıb ki, faciə  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Səfir Ulu Öndərin bütün təzyiqlərə baxmayaraq faciədən bir gün  sonra - yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətinin qanlı siyasətini ifşa etdiyini və törədilən faciəyə görə məsuliyyəti bilavasitə SSRİ rəhbərliyinin daşıdığını bəyan etdiyini qeyd edərək, 20 yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra verildiyini tarixi faktlarla nəzərə çatdırıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında xüsusi olaraq vurğulayıb ki, sovet totalitar rejimi tərəfindən bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilən Qanlı Yanvarın xalqın yaddaşından heç zaman silinməyəcək, faciənin günahsız qurbanları isə daim böyük sevgi və ehtiramla yad olunacaq. Səfir bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayaraq doğma Qarabağımızda Azərbaycanın üçrəngli bayrağının əbədi dalğalanacağını bildirib. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında xalqımızın tarixi bağlı həqiqətlərin gələcək nəslə çatdırılmasının vacibliyini də xüsusi olaraq qeyd edib.

Tədbirdə çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim 20 yanvar şəhidlərinin Azərbaycanın müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb, 20 Yanvar tarixinin 8 Noyabr Vətən müharibəsi zəfərinə gedən yolu açdığını və aydınlatdığını qeyd edib.

Baxış sayı : 137
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05