2023-01-11 18:40:41 | MÜSAHİBƏ
Nuru Bayramov: “Qərbi Azərbaycana qayıdış konsepsiyasında zəruri məqamlar ehtiva olunacaq”

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalıları ilə görüşündə çox ciddi mesajlar verildi. Əsas mesajlardan biri bu idi ki, biz bütün tarixi torpaqlarımıza qayıdacağıq. Bu və digər mövzu ilə bağlı  Tibb Universitetinin cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Fact-info.az-a  öz fikirlərini  açıqlayıb:

-Nuru müəllim, Qərbi Azərbaycan  məsələsi tariximizin çox ağrılı mərhələrindən biridir. Bu günlərdə Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının təmsiçiləri ilə görüşündə  də çox ciddi məqamlar müzakirə olundu. Bu barədə fikirlərinizi bilmək istərdik ?  

-2022-ci ilin 24 dekabrında cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir qrup ziyalıları ilə görüş keçirildi. Dövlət başçımızın öz doğum günündə belə görüşə qatılması və çox zəruri tarixi məqamlarla bağlı  fikirlərini, tövsiyələrini bizə çatdırması son dərəcə əhəmiyyətli idi. Toplantıda  Azərbaycan xalqının, toplumunun gələcək fəaliyyəti, xüsusilə Qərbi Azərbaycanla bağlı çox önəmli mesajlar verildi. Azərbaycanla bərabər ümumilikdə Türk dünyası üçün çox əhəmiyyətli olan  Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyət istiqamətləri və konsepsiyası ətrafında zəruri fikirlər səsləndi. Qərbi Azərbaycana qayıdış deyəndə nə nəzərdə tutulur? Birincisi, Qərbi Azərbaycanla bağlı həqiqətləri ortalığa çıxarmaq, dünyaya çatdırmaq, nəinki beynəlxalq ictimaiyyətə çatdırmaq, həm də onlara bu həqiqətləri sübut etmək, inandırmaq  hədəflərimiz sırasındadır. İkincisi, erməniləri dəstəkləyən toplumlara, ölkələrə izah etməliyik ki, görün, siz kimi illərdir ki, dəstəkləyirsiniz, müdafiə edirsiniz. Faktlarla, elmi yanaşmalarla, çox incə məntiqlə Qərbi Azərbaycanla bağlı məqamları bütün dünyaya çatdırmalıyıq. 

-Tarixin müxtəlif dönəmlərində  Qərbi Azərbaycandan soydaşlarımız didərgin salınıb. Bu gün həmin məkanlarda, tarixi yurd yerlərimizdə maddi-mədəni abidələrimiz məhv edilir. Məhz belə məqamda Azərbaycanla bağlı tarixi abidələrin tədqiqi, davamlı olaraq kitabların çapı  və ümumilikdə deportasiya siyasətinin ağır təzahürləri haqqında nə deyə bilərsiniz?

-Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə, 1920-ci ildə Zəngəzuru, Göyçəni və Azərbaycanın bir sıra digər torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. Zəngəzurun, Göyçənin Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi. Daha sonra 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Tarixin təkrarlanan dönəmlərində xalqımız bir çox əziyyətlərin, deportasiyaların şahidi olub. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nn Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar. Nəhayət 1988-ci ildə həmin ərazilərdən bütün soydaşlarımız didəgin salındı. Ermənilər elə bir toplumdur ki, həm gəlib bizim torpaqlarımızda məskən saldılar, həm də oradakı maddi-mədəni abidələrimizi məhv etdilər. Ermənilər məqsədli şəkildə Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Onu da unutmaq olmaz ki, bütün tarixi sənədlərdə qeyd olunur ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Ona görə, biz mübarizəmizi, sistemli fəaliyyətimizi genişləndirməliyik. Qərbi Azərbaycana qayıdış konsepsiyasında bütün məqamlar ehtiva olunacaq. Dünya ictimaiyyəti tarixi faktlarla daha yaxından tanış olacaq. Soydaşlarımızın Qərbi Azərbaycana qayıtmaq hüququnu anlayacaq.

-Qarabağda, işğaldan azad olunmuş digər ərazilərimizdə, həmçinin Qərbi Azərbaycanda soydaşlarımıza kifayət qədər ermənilər tərəfdən maddi və mənəvi ziyan dəyib. Bu ziyanın ödənilməsi məqsədilə niyə beynəlxalq məhkəmələrə müraciət prosesi zəif gedir?

-Gerçəkdən bizə dəyən ziyana görə, zaman-zaman beynəlxalq məhkəmələrə müraciət məsələsində ləngimələr olub. Bu məsələyə etinasız yanaşmalar olub. Mən bildiyim qədər çox az azərbaycanlı beynəlxalq məhkəməyə müraciət edib. Amma bundan sonra bu proses sürətləncək. Ermənilərdən fərqli olaraq biz haqlı davamızı edəcəyik. Haqq-ədalət qalib gələnə qədər mübarizəmizi davam etdirməliyik. Prezidentimizin dediyi kimi, biz mübarizə apararkən ruhdan düşməməliyik, inamla bu prosesi davam etdirməliyik. Bizdə inam yaradan məqamlardan biri odur ki, Cənab Prezident Qərbi Azərbaycan İcmasının yol xəritəsini daha detallı müəyyən etdi. İnanıram ki, Qərbi Azərbaycanla bağlı həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük effekt verəcək layihələr həyata keçiriləcək. Onu da qeyd etmək istərdim ki, Qərbi Azərbaycan məsələsində yalnız həmin bölgədən olan insanlar deyil, hər bir soydaşımız bu müqəddəs yolda öz töhfəsini verməlidir.

-Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Həmin önəmli tarixi yaşatmaq və dünyaya tanıtmaq üçün həmin yurd yerlərini bilən, tanıyan insanların, canlı şahidlərin yaddaşından nə dərəcədə faydalanmaq olar?

-Qərbi Azərbaycandan olan insanların hər birinin yaddaşında  o ərazilər haqqında dolgun məlumatlar var. Mən özüm Göyçə mahalının Nərimanlı kəndindənəm. Demək olar ki,  doğma yurdlarımızın hər daşına, hər qayasına bələdəm. Orada olan indi ermənilər tərəfdən dağıdılmış tarixi abidələrimiz, maddi və mədəniyyət resurslarımız haqqında mənim yetərincə məlumatım var. Mənimlə bərabər yetərincə məlumatlı soydaşlarımız var. Çap olunmuş və olunmamış kitablar, əlyazmalar var. Min illər böyu xalqımızın yaratdığı  mənəvi sərvətlər tarixi yaddaşımızdır.  Düşünürəm ki, bütün bu resurslardan gələcəkdə faydalanmaq mümkün olacaq.

Fact-info.az

Baxış sayı : 620
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05