2022-11-30 07:05:37 | SİYASƏT
Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün gəldiyi Rumıniyada Aspen İnstitutunun 11-ci Buxarest Forumunda çıxış edib.

Çavuşoğlu, müharibədə insan itkilərinin artması ilə danışıqların çətinləşdiyini ifadə edib. “Sadəcə qınamaqla problem həll edə bilməz. Ona görə də Ukraynada sülhə nail olmaq üçün hərəkətə keçməli və yaradıcı olmalıyıq. Türkiyə olaraq bunu etməyə çalışırıq”, - deyə o bildirib.

Çavuşoğlu deyib ki, müharibənin ilk həftələrində iki ölkənin xarici işlər nazirini Antalyada, xüsusən də iki ölkənin nümayəndə heyətini martın sonunda İstanbulda bir araya gətirdikləri zaman onların səyləri nəticə verməyə yaxın olub. Lakin insan itkilərinin artması danışıqlar yolu ilə həllə nail olmağı çətinləşdirib.

Türkiyə xarici işlər naziri Avropa İttifaqının Ukrayna ilə bağlı başlatdığı Hərbi Dəstək Missiyasında Türkiyə ilə məsləhətləşmədiyinə diqqət çəkərək:
“Aİ və NATO arasında birliyi görməkdən çox xoşbəxtik. Aİ Ukrayna üçün yeni təhlükəsizlik missiyası elan etdi və bu missiyaya başlamazdan əvvəl Türkiyə ilə məsləhətləşmələrə məhəl qoymadı. Düzünü desəm, bunun bir hissəsi olmaq bizim üçün vacib deyil. Amma mən bunu deməklə bir neçə üzv dövlətin maraqları ucbatından Aİ-nin öz strateji baxışını necə itirdiyini misal göstərdim. Bunun bizə lazım olmadığını deyirik, çünki ayrı-ayrılıqda hər kəs Ukraynanı necə dəstəklədiyimizi bilir. Təbii ki, biz münaqişə ilə yadda qalan regionlarda təhlükəsizliyin və sabitliyin təminatçısı kimi çıxış etməyə davam edəcəyik. Türkiyənin uğuru Avropanın da uğuru olacaq. Uğursuzluq bizim üçün seçim deyil”, - deyib.

Baxış sayı : 199
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05