2022-11-22 09:05:35 | AKTUAL
Tehran seçim qarşısında: Azərbaycanla əməkdaşlıq, yoxsa lazımsız gərginlik?

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək geosiyasi çəkisini artırması bir çoxu tərəfindən qısqanclıq və narahatlıqla qarşılandı. Azərbaycanın 30 illik ədalətsizliyə cəmi 44 gün içərisində öz biləyinin gücü ilə son qoyması bəziləri üçün olduqca gözlənilməz, həm də arzuolunmaz hadisə idi. Hadisələrin bu cür inkişafına hazırlıqsız yaxalananlar ölçüb biçmədən, diplomatik münasibətlərin etikasını, tarixi həqiqəti, vicdanı bir yana buraxaraq Azərbaycanla bağlı isterik bəyanatlar səsləndirməyə, təhdidlərə və qaralama kampaniyalarına başladılar.

Təəssüf ki, bu sahədə ən çox canfəşanlıq göstərənlərdən biri də Azərbaycanın qədim tarixi-mədəni, dini əlaqələrinin olduğu İrandır.

Qarabağın azad edilməsi, sadəcə, tarixi ədalətin bərpası deyildi, bu, həm də Azərbaycan-İran sərhədinin bərpası idi. Müstəsna əhəmiyyətli bu hadisə münasibətilə Prezident İlham Əliyev Azərbaycan və İran xalqlarını təbrik etdi, sərhəd xəttinin mühafizə strukturunun yenilənməsi barədə göstəriş verdi. Dövlət başçısı İran-Azərbaycan sərhədinin dostluq və qardaşlıq sərhədi olacağını söylədi.

Rəsmi Bakı işğalın aradan qaldırılmasının ötən dövrdə Azərbaycanla “dostluq və qardaşlıq” münasibətlərindən danışan Tehran tərəfindən də sevinclə qarşılanacağını, əməkdaşlıq üçün açılan yeni imkanlardan İranın da yararlanacağını gözləyirdi.

Lakin hadisələrin gedişatı Tehranın tam fərqli düşüncə və arzulara sahib olduğunu göstərdi. İki ölkə arasında bu gün müşahidə olunan gərginliyin yaranmasının səbəbkarı məhz İran özü oldu.

İşğalın aradan qaldırılmasının Azərbaycanı daha da inkişaf etdirəcəyindən və güclü regional ölkəyə çevirəcəyindən təlaşa qapılan bəzi İran dairələri çirkli kampaniyalara, təxribat xarakterli bəyanatlar səsləndirməyə və praktiki addımlar atmağa başladı. Əvvəllər molla məclislərində səsləndirilən gülünc cümlələr çox keçmədən rəsmilərin ağzına düşərək bəyanata, bir qədər sonra isə Azərbaycanla sərhəddə hərbi təlimlər keçirmək kimi təxribat xarakterli əməllərə keçdi.

İran işğalın aradan qaldırılmasından dərhal sonra Azərbaycan tərəfindən ən ali səviyyədə səsləndirilən əməkdaşlıq və mehriban qonşuluq çağırışlarını nəzərə almadı, əksinə iki ölkə və iki xalq arasında əvvəllər görünməmiş səviyyədə gərginlik yaratmaq yolunu seçdi.

İşğalın aradan qaldırılmasından sonra Azərbaycanın dost ölkələrlə müttəfiqlik və tərəfdaşlıq əlaqələrini dərinləşdirməsi İranı o dərəcədə narahat etdi ki, bunu özünə qarşı təhdid hesab edən Tehran cavab vermək məcburiyyətində hiss etdi. Cavabı isə ilk növbədə 30 il boyunca məscid və digər müqəddəs məkanlarda misli görünməmiş murdarlıqlarla məşğul olan Ermənistanla əlaqələrinin önəmini gündəmə gətirmək, bu ölkəni dəstəkləyən birtərəfli və ünvanlı bəyanatlar səsləndirmək oldu. Zəngəzur dəhlizinin üzərində yerləşən Qafan şəhərində təmirsiz tikilidə tələm-tələsik konsulluq açdı. Bunun ardınca Azərbaycanın ürəyi olan Təbrizdə Ermənistan konsulluğunun açılması barədə bəyanatlar səsləndirdi.

Bu da azmış kimi Azərbaycanın cənub sərhədlərində, Araz çayı boyunca hərbi təlimlər təşkil etdi, dini və siyasi xadimləri Azərbaycana qarşı təhdidkar iddialarının sayını artırdı, sərt senzuraya tabe olan Tehran mediası “qorxulu nağıllar”a başladı. Lakin çox keçmədən İran köhnə tırtıllı maşınlarının, alabəzək şeirlərinin Bakını qorxutmadığını, bütün bunların tərs effekt yaratdığını anladı. Başı Yaxın Şərqdəki proksi müharibələrə, ərəb ölkələri ilə gərginliklərə, Qərbin sanksiyalarının komaya saldığı iqtisadiyyatına və ən başlıcası aylardır davam edən və getdikcə inqilab işarələri verən iğtişaşlara qarışmış Tehran ona Azərbaycanla, Bakı ilə yeni bir problemin lazım olmadığını anladı.

İranın Ali Rəhbəri Xameneinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətini məlum məqaləni yazmağa məcbur edən də yəqin ki, bu amil idi.

Məqaləsində İranın heç vaxt Azərbaycanı ələ keçirmək kimi bir planının olmadığını, əksinə, hər hansı bir ölkə Azərbaycanı işğal edərsə, İranın dəstək üçün Azərbaycanın yanında olacağını deyən Vilayəti Azərbaycan xalqının İran tarixində mühüm rol oynadığını bildirdi və Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladı.

Məqalədə hər nə qədər ikibaşlı ifadələrə yer versə də, İranın Azərbaycanla gərginlikdən geri çəkilmək niyyətində olduğunu ifadə etməsi baxımından müsbət qiymətləndirilə bilər. Vilayətinin Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırdığı bu yazıda hər bir azərbaycanlının iranlı olduğunu da qeyd etməsi isə bir qədər qəribə səslənir. Bu yazı İran rəsmilərinin Azərbaycana dair ziddiyyətli açıqlamalarının ümumiləşdirilmiş formasını xatırladır. Bununla belə, Azərbaycan buradakı müsbət məqamlara köklənməyə üstünlük verir, çünki Bakı hər zaman regional sülhün, əməkdaşlığın tərəfdarı olub.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də ötən gün verdiyi açıqlamasında Azərbaycanın bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İranla əlaqələrin inkişafında maraqlı olduğunu və bunun hələ də belə olduğunu qeyd etdi. O, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənələrə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərinin müsbət qiymətləndirildiyini açıqladı.

Vilayətinin sözlərindən belə qənaətə gəlmək olar ki, İran Azərbaycana hədə-qorxu gəlməyin nəticə vermədiyini, nəhayət ki, anlamış kimi görünür. Odur ki, gərginliyin azaldılması üçün bu jesti edir.

Ümumilikdə, İran-Azərbaycan münasibətlərinin yaxın gələcəkdə necə davam edəcəyini proqnozlaşdırmaq isə hazırda bir qədər çətindir, çünki İran özü proqnozlaşdırılması çətin olan bir ölkədir. Bu münasibətlər yəqin ki, İrandakı daxili proseslərdən də asılı olacaq. Bununla belə, aydındır ki, gərginlik deyil, əməkdaşlıq xəttinin inkişafı hər iki tərəfin də faydasınadır. Bu baxımdan Tehranın Azərbaycanla gərginlikdə geri addım atması olduqca önəmli hadisədir. Əsas odur ki, İran əməkdaşlıq etmək niyyətində səmimi olsun.

APA Analytics



Baxış sayı : 372
Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib 2023-09-23 10:35:53 Metyu Brayza Ermənistanın xarici işlər nazirinin BMT-nin Təhlükəsizlik Şurasının iclasındakı demarşından danışıb 2023-09-23 09:40:22 Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkar edilib - VİDEO 2023-09-23 08:10:50 “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq 2023-09-22 21:20:15 Qarabağdakı separatçılar tərksilah edilir 2023-09-22 18:25:49 Tərtərin Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO 2023-09-22 15:45:17 BMT TŞ-də müzakirə: Beynəlxalq ictimaiyyəti narahat edən 3 məsələ 2023-09-22 15:10:56 Ceyhun Bayramov: Azərbaycan Qarabağ bölgəsinin erməni sakinlərinin hüquq və azadlıqlarının təminatına zəmanət verilməsində qətiyyətini bir daha təsdiqləyir 2023-09-22 11:25:39 Qarabağda yaşayan ermənilərə ərzaq göndərildi 2023-09-22 10:30:28 Qarabağdakı erməni separatçıların öhdəsindən gəlməyə bir gün bəs etdi - Türkiyənin "Daily Sabah" qəzeti yazır 2023-09-22 09:25:38 Qarabağdakı hadisələrin Paşinyanla əlaqəsi yoxdur 2023-09-22 08:40:01 Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib 2023-09-21 20:20:42 "Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil" - XİN 2023-09-21 16:50:43 Prezidentinin Administrasiyası Yevlax görüşü ilə bağlı açıqlama yaydı 2023-09-21 15:30:35 Müharibə əlilləri və veteranlar üçün psixoloji-reabilitasiya kursları təşkil edilib 2023-09-21 12:40:55 Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb 2023-09-21 11:45:47 XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur" 2023-09-21 10:30:43 Rusiyanın Ukraynadakı itkiləri 274 mini ötdü 2023-09-21 10:05:14 Prezident: Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir 2023-09-21 07:10:07 Prezident İlham Əliyev xalqa müraciət edib 2023-09-20 21:40:42 Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün məqsədi açıqlanıb 2023-09-20 18:40:45 Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası 2023-09-20 18:45:38 "Ukrayna və Gürcüstana olar, Azərbaycana yox?” - Brenda Şaffer 2023-09-20 11:30:11 Baş Prokurorluq: "Qanunsuz erməni birləşmələri yenə də mülki şəxsləri hədəfə alır" 2023-09-20 10:15:23