2022-11-17 09:45:29 | CƏMİYYƏT
“Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi”

Noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsi və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Bakıda “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfrans keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tolerantlıq ünvanı, multikultural dəyərlər ölkəsi olan Azərbaycanda 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirdə hər kəsi salamlayaraq konfransın məram və məqsədinin Allah-Təalanın təlqin etdiyi sülh, qarşılıqlı anlaşma ideallarına xidmətdən irəli gəldiyini bildirib. Qeyd olunub ki, müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi, uca Yaradanımızın lütfü olan müxtəlifliyimiz bizim bir-birimizi daha yaxından tanımağımıza xidmət edir.

“Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası Dialoq Forumu dünyada insan həmrəyliyinə xidmət edir. Bu məqamda Azərbaycanın istiqlalı, ümumən Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevi xatırlamalıyıq. Gələn il anadan olmasının yüz illiyi tamam olacaq ulu öndərimizin anım günləri ərəfəsində biz bu böyük insanın dövlətimiz, xalqımız üçün, milli-mənəvi dəyərlərimizin dirçəlişi üçün atdığı tarixi addımları böyük minnətdarlıqla yad edirik. Müstəqil dövlət olaraq Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli “Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” təbirinin müəllifi, ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsi sayəsində qoyulub. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti kimi dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri vurğulayıb.

Azərbaycanın Zəfərindən danışan şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin hər zaman olduğu kimi, 44 günlük müharibə dövründə də bir yerdə olduğunu, dünyaya səsimizi birgə ucaltdığımızı qeyd edib. Bildirib ki, dünyada baş verən münaqişələr, humanitar fəlakət, səngiməyən qarşıdurmalar, təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək hamımızı narahat edir. Biz dünyada sülhün bərpası üçün dualar edirik. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianofobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Qlobal problemlərin həlli üçün bəşəriyyətin dini-mənəvi dəyərlərə söykənməsi zəruridir. Lakin bunun əksinə, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Biz monoetnik Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı mütləq vacibdir.

Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb: “Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, müxtəlif məzhəb ardıcılları eyni məsciddə bərabər namaz qılırlar. Dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik olmağımız mühüm dəyərdir. Bu dəyəri ümumbəşəri maraqlar naminə beynəlxalq müstəvidə təşviq etmək məramımız Azərbaycanı mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikultural modelinin təbliği, təşviqi, ölkəmizdə və xaricdə bir fənn olaraq tədrisi istiqamətində təqdirəlayiq fəaliyyəti dəyərlərimizin dünyaya təqdim edilməsində xüsusi önəm kəsb edir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ölkəmizdə tolerantlıq və multikulturalizmin dövlət səviyyəsində dəstəkləndiyini bildirib. Azərbaycanın multikulturalizm təcrübəsi dünyanın bir çox ölkələrinin ali təhsil ocaqlarında tədris olunduğunu diqqətə çatdıran Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri “Tolerantlıq sülh və əməkdaşlığa aparan yol kimi” mövzusunda konfransın sülhə, təhlükəsizliyə töhfə verəcəyindən əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, tolerantlıq və multikulturalizm sahəsində Azərbaycan dünyaya nümunə olan ölkələrdəndir. Azərbaycanda tolerantlıq gününün yüksək səviyyədə qeyd olunduğunu diqqətə çatdıran komitə sədri dünyada baş verən böhranlardan çıxış yollarının, mövcud problemlərin həllinin ancaq tolerantlıq və multikulturalizm sayəsində mümkünlüyünü diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji xəttin Prezident İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsinin göstəricisidir. “Bu gün yeni əməkdaşlıqlar yaratmağın, əlaqələri daha da inkişaf etdirməyin vaxtıdır. Bunu zaman və dünyada baş verən proseslər tələb edir. Bu gün sülh və təhlükəsizlik naminə birləşmək çox vacibdir. Azərbaycanda müxtəlif dinlərdən olan insanların dinc və mehriban şəraitdə yaşayırlar. İnanırıq ki, konfrans sülhə, əməkdaşlığa töhfə verəcək“, - deyə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru qeyd edib.

“Beynəlxalq tolerantlıq günündə bir araya gəlməyimiz əlamətdar hadisədir”, - deyən Stirlinq Fondunun prezidenti Edvard Rou bildirib ki, ABŞ-ın Yuta ştatı Azərbaycanla tolerantlıq və multikulturalizm ənənələrini birgə paylaşır. “Bizim ştatda 100-dən çox millətin nümayəndələri yaşayırlar. Bu konfrans Azərbaycan və Yuta ştatının bir-birinə daha da yaxınlaşmasına, müxtəlifliyimizə baxmayaraq ölkələrimiz arasında əlaqələrimizin daha da güclənməsinə rəvac verəcək”, - deyə Edvard Rou vurğulayıb.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra panel müzakirələrə başlanılıb. Beynəlxalq Tolerantlıq Gününə həsr olunan konfrans çərçivəsində “ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi: multikulturalizm birləşdirici körpü kimi” və “Tolerantlıq və Multikulturalizm: Dini Perspektivlər” mövzularında iki panel iclası keçirilib.

“ABŞ-Azərbaycan əməkdaşlığının yeni mərhələsi: multikulturalizm birləşdirici körpü kimi” mövzusunda birinci panelə Stirlinq Fondunun (ABŞ) vitse-prezidenti Nikol Stirlinq moderatorluq edib.

ABŞ-dan olan qonaqlar Yuta Ştat Senatının senatoru və Mayls Hansen–Yuta Dünya Ticarət Mərkəzinin icraçı direktoru Azərbaycanın dünyada tolerantlıq ölkə olduğunu, təcrübəsinin öyrənildiyini qeyd ediblər. Qeyd olunub ki, Azərbaycan avanqard siyasət aparır və bu, bir çox ölkələr üçün nümunədir.

Azərbaycanın birgəyaşayış modeli olduğunu vurğulayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova çıxışında Azərbaycan-ABŞ münasibətindən danışıb. İki ölkə arasında əlaqələrin inkişafında əsrin neft müqaviləsinin rolunu qeyd edib. Azərbaycan neft və enerji sahəsində etibarlı tərəfdaş olduğunu qeyd edən E.Cəfərova iki qitə arasında körpünün qurulmasının vacibliyini vurğulayıb. Bildirib ki, ABŞ-ın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və quruculuq işlərinə töhfə verə bilər.

Azərbaycanda konfransda iştirak etməkdən məmnun olduğunu diqqətə çatdıran G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti (ABŞ) Koul Durham multikulturalizmlə maraqlanan bir insan kimi müxtəlif dinləri, müxtəlif hüquq cəmiyyətlərini öyrəndiyini, tədqiq etdiyini deyib. “İlk dəfə Azərbaycanda olanda diqqətimi çəkən məqamlar oldu. Bir daha əmin oldum ki, stabilliyi gətirən əslində eynilik deyil, müxtəlif dinlərin birliyi, multikulturalizm və tolerantlıqdır”, - deyə K.Durham vurğulayıb.

Tolerantlığın Azərbaycan nümunəsindən danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bunu milli sərvət adlandırıb. “Azərbaycan xalqı heç vaxt radikal olmayıb. Bunu tarixçilər, səyahətçilər də təsdiq edirlər. İslam ayırmağı deyil, birləşdirməyi tövsiyə edir. Azərbaycan Cənubi Qafqazda hər zaman tolerantlığın mərkəzi olub”, - deyə rektor bildirib.

“Tolerantlıq və Multikulturalizm: Dini Perspektivlər” mövzusunda ikinci panelə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman moderatorluq edib. Moderator dinlərarası münasibətlərin ölkəmizdə hər zaman yüksək olduğunu qeyd edərək Azərbaycanın Versalda, Luvrda, Vatikanda və dünyanın müxtəlif məkanlarında dağıdılmış abidələrin, yerlərin bərpasına dəstək verdiyini bildirib.

Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi (ABŞ) Erix V.H.Kopişke Heydər Əliyev Məscidində olarkən burada müxtəlif məzhəbli insanların burada dua etdiklərini görəndə heyran qaldığını diqqətə çatdırıb. İnsanın azadlığının onun dini inanclarında öz əksini tapdığını qeyd edən natiq bildirib ki, insanların dini inanclarında sərbəst olmaları tolerantlığın əsas sütunlarından biridir.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev Azərbaycan xalqının yüksək mədəniyyəti bu ölkədə onlarla xalqın nümayəndəsinin bir yerdə yaşamasına imkan verdiyini deyib, bunu tolerantlığın ən yüksək səviyyəsi kimi dəyərləndirib.

Sonra çıxış edənlər - Yuta Müsəlman Liqası Şurasının sədri Avais Əhməd, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov, Yuta Ştatının Yəhudi İcmasının baş ravvini Samuel L.Spektor (ABŞ), Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti Yepiskop Vladimir Fekete, və Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrindən danışıb, sülh, təhlükəsizlik, əmin-amanlıq üçün birgəyaşayışın önəmini qeyd ediblər.

Baxış sayı : 135
Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib