2022-11-09 08:15:34 | MÜSAHİBƏ
Azər Nağıyev: “Tarixi qələbəmiz bizim hər birimizdə ruh yüksəkliyi yaratdı”

Azərbaycan xalqı qürur hissilə möhtəşəm Zəfər tarixini qeyd etməkdədir. Millətimizin tarixində, taleyində mühüm əhəmiyyət kəsb edən qələbənin qazanılmasında hər bir Azərbaycan vətəndaşı öz töhfəsini verərək  Ali Baş Komandana dəstək oldu. Bu tarixi məqamla bağlı Avrasiya Hospitalının baş həkimi Azər Nağıyev Fact-info.az-a  öz fikirlərini  açıqlayıb:

- Zəfər tariximizi  hər bir Azərbaycan vətəndaşı qürur hissilə qeyd edir. Təbii ki, sadə vətəndaşlardan tutmuş, bütün elm ictimaiyyətinin, ziyalılarımızın bu qələbənin qazanılmasında rolu var. Sizin Zəfər tariximizlə bağlı təsürratlarınız necədir?  

-Təbii ki, hər bir Azərbaycan vətəndaşı bu qələbəni böyük sevinc hissilə qarşılayır.  Məlum məsələdir ki, iki əsrdən artıq idi ki, biz torpaq itkisilə üzləşirdik. Mənfur qonşularımız bu regiona köçürüldükdən sonra Azərbaycan xalqına qarşı münaqişə yaradıb, hər zaman torpaq iddiasında olublar. Nəticədə isə bu vəhşi toplum Azərbaycan xalqına qənim kəsilib regiona fəlakət gətirdilər. Son 30 ildə Qarabağ münaqişəsi davam etdi, dinc azərbaycanlıların dincliyi pozuldu.  Səbəbi havadarlarından dəstək alan ermənilərin təxribatçı, fitnəkar əməlləridir. Nəhayət Azərbaycan dövləti 30 ildir davam edən bu təcavüzə, erməni separatizminə, qanunsuzluğuna son qoydu. Müzəffər Ali Baş Komandanın  rəhbərliyi, Ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində torpaqlarımız erməni təcavüzündən xilas edildi. 

-Tarixi Qələbəmizə qayıtmaq istərdik. Bu müqəddəs yolda, qələbəmizin qazanılmasında  hər bir soydaşımız öz töhfəsini verdi. Həkimlərimiz də Zəfərimizin qazanılmasında əvəzsiz xidmətlər göstəriblər. Bu barədə fikirləriniz? 

-Bəli biz öz töhfəmizi verdik. Vətən müharibəsi başlayan andan bizim həkimlərimiz Naftalan xəstəxanasında öz fəaliyyətlərini ən yüksək səviyyədə davam etdirdilər. O zaman mülki vətəndaşlar üçün nəzərdə tutularaq inşa edilmiş Naftalan xəstəxanasının demək olar ki, mövcud şəraitə, yəni hərbi təyinatlı tibb ocağına çevrilməsində, ən müasir tibbi avadanlıqlarla təmin edilməsində Avrasiya hospitalının icraçı direktoru Pərviz doktorun rəhbərliyi ilə böyük köməklik göstərdik. Məhz bu avadanlıqların və peşəkar həkim heyətinin səyi nəticəsində Naftalan xəstəxanasına gətirilən ağır yaralanmış hərbçilərimiz  dərhal əməliyyat olunurdular. Çox ağır vəziyyətdə olan yaralı əsgərlərimizə zamanında lazımı müdaxilələrin edilməsi nəticəsində onlar sağlamlıqlarına qovuşa bilirdilər. Bundan əlavə biz həmin vaxt Azərbaycan Respublikası Müdafiə Nazirliyinə bir təcili yardım maşınını bağışlamışdıq. Bu da döyüşlərdə xəsarət almış, ağır yaralanmış əsgərlərimizin vaxtında lazım olan məntəqəyə çatdırılmasında zəruri addım idi. Bir sözlə biz millət olaraq, həkim olaraq hər birimiz qələbəyə hədəflənmişdik. Mənim atam o zaman dünyasını dəyişmişdi. Onun iki nəvəsi cəbhədə idi. Vətənpərvər insan olaraq o, hər gün maraqlanırdı, narahat olurdu. Bəlkə də onun ürəyi dözmədi. Həmin vaxtda atamın itkisindən sonra Azərbaycanın tarixi qələbəsi mənə təskinlik tapmağıma kömək oldu. Hər bir soydaşımızda olduğu kimi, məndə də böyük inam yarandı. Tarixi qələbəmiz  bizim hər birimizdə ruh yüksəkliyi yaratdı, böyük qurur hissi keçirdik.

-Müharibə təbii ki, insan həyatında ağır fəsadlar törədir. Sonrakı dönəmlərdə psixoloji yardımlara ehtiyacı olan müharibə iştirakçıları olur. Bu istiqamətdə həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

-Müharibədə beyin xəsarəti alan, psixoloji və səhhətlərində digər problemləri olan müharibə iştirakçılarımızın müalicəsi ilə bütün həkimlərimiz məşğul oldular. Deyərdim ki, çox uğurlu nəticələr əldə olundu. Qazilərimizə göstərilmiş bu tibbi xidmət pulsuz həyata keçirilirdi. Bizə müraciət etmiş müharibə iştirakçılarının müalicəsi ən yüksək səviyyədə aparılırdı. Onu deyim ki, belə xəstələrin düzgün diaqnozunu müəyyən etmək üçün yalnız  bizim hospitalda olan  EMQ tibb aparatının köməyi ilə xeyli qazilərimizə yardımçı olmuşuq. Bu tibbi qurğu vaitəsilə sinir, əzələ gücünü təyin etmək mümkün olurdu. Həmçinin 3 nevropatoloqumuz həmin qazilərimizin, Şəhid ailələrinin daim müalicəsi ilə məşğul olublar. Bir məqamı qeyd etmək istərdim. Biz 44 günlük müharibədə çox ağır yaralanmış 5 hərbçimizi uzun müddət, deyərdim ki, əvvəldən axıra kimi müalicə edik. Onları sağlam durumda ailələrinə təhvil verdik. Bu prosesdə bizim çox peşəkar həkimlərimiz çalışıblar.

 -Bu gün qazilərimizlə, ümumiyyətlə, müharibədən zərər çəkmiş insanlarla təmaslarınız necədir?

-Azərbaycan Respublikası 2020-ci ildə Vətən müharibəsini apardı. 44 günlük müharibə nəticəsində Cənab Prezidentimiz, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Bu möhtəşəm qələbə zamanı dövlətimiz xeyli  resurslar sərf edib. Biz dövlətimizin bu siyasətinə dəstək oluruq, üzərimizə düşən vəzifəni yerinə yetiririk. 4 qazimizi işə götürmüşük. Döyüşlər zamanı böyük qəhrəmanlıqlar göstərən müharibə iştirakçısı Hüseyn Abdullayev, Fərid Salamov, Məhəmmədəli Həsənov, Kənan Tağızadə  bizim hospitalın mühafizə sistemində çalışırlar. Torpaqlarımızın azad olunmasında böyük şücaət göstərən, bu insanlar müxtəlif orden və medallarla təltifolunublar. Zəfər günündə biz onlarla görüş keçirərək bir daha göstərdikləri qəhrəmanlıqlara görə, təşəkkürlərimizi çatdırdıq. Sonda bir daha vurğulamaq istərdim ki, bu tarixi Zəfəri bizə yaşadan bütün Şəhidlərimizə Allah  rəhmət eləsin. Biz onlara borcluyuq. Qazilərimizə isə sağlam həyat qismət olsun. 

Fact-info.az


Baxış sayı : 451
Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir" Kəlbəcərin azad olunmasının ikinci ili