2022-10-29 09:40:29 | CƏMİYYƏT
Müharibə cinayəti törədənləri cəzalandırmaq və həqiqəti dünyaya çatdırmaq üçün nə etmək lazmdır?

28 oktyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Vətən Müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı 100-dən çox QHT nümayəndəsi Bərdə şəhərində anım tədbirlərində iştirak etdi.

Anım törənin davamı olaraq Vətən müharibəsi zamanı Ermənistanın Bərdə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı konfransın keçirilməsi və Vətəndaş Cəmiyyəti İnstitutlarının  belə toplantılarda iştirakı  çox zəruri idi. Tədbirdə səslənən fikirləri bölüşürəm, dəstəkləyirəm.

Lakin mən digər məqamlara nəzər salmaq istərdim. Belə qanlı cinayətlərin geniş yerli və xarici ictimaiyyətə davamlı çatdırılması üçün daha intensiv çalışmaq lazımdır. Yalnız 27-28 oktyabr tarixində deyil, hər zaman bu məqamlar diqqət mərkəzində olmalıdır. Yalnız və yalnız peşəkarların iştirakı ilə sənədli filmlər çəkilməlidir, kitablar yazılmalıdır. Əgər yumşaq ifadə etsək yenə həvəskarlar və yaxud qeyri-peşəkarlar bu sahəyə ura halında gəlib bu işləri görəcəksə, onun heç bir effekti olmayacaq. Təəssüf ki, belə acı təcrübə ilə rastlaşırıq. 

Bundan əlavə həmin mövzuda yazılmış kitabların, çəkilmiş sənədli filmlərin təqdimatı müxtəlif məkanlarda o cümlədən orta məktəblərdə keçirilməlidir. Bu fikri pedaqoqlar da təsdiqləyər ki, müharibə ilə bağlı filmlər uşaq psixologiyasına çox ciddi təsir etmək gücündədir. Bütün anım mərasimləri, müharibədən zərər çəkən insanlarla görüşlər lazımdır. Lakin həmin törənlərin film qədər effekti olmur.

Onu da qeyd etmək istərdim ki, dinc insanlara qarşı  törədilmiş bu qanlı cinayətlərin cavabsız qalmaması üçün beynəlxalq müstəvidə kompleks işlər genişlənməlidir. İnsanların hisslərinə təsir edə biləcək vasitələrdən biri filmdir. Necəki II Dünya müharibəsində soyqırıma məruz qalan yəhudilər bu, faktordan çox peşəkarcasına istifadə edə biliblər. Bu gündə yəhudilər Almaniyadan təzminat alırlar, məruz qaldıqları soyqımı həqiqətini dünyada tanıda bilirlər.

İnsan ağrıları, taleyi, insan hüquqları bəşəri prinsipdir. Məhz erməninin mülki şəxslərə qarşı törətdiyi cinayət zamanı bu prinsiplər pozulub, bəşəri dəyərlər tapdanıb. Yəni o fikri qeyd etmək istərdim ki, dünyanın hüquq sisteminə, beynəlxalq konvensiyalara, bəşəri prinsiplərə görə, bütün insanlara qarşı münasibət eyni olmaldır. Biz ikili standartlar var deyib məyus olmamalıyıq. Ona görə, QHT-nin potensialını düzgün dəyərləndirib ondan sözün yaxşı mənasında millətin, dövlətin inkişafı üçün faydalanmaq lazmdır. Bizim müşahidələrimizə görə, Azərbaycanda QHT-nin təxminən 40-50 faiz potensialından istifadə olunur.

Əkrəm Bəydəmirli

Baxış sayı : 297
XİN Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq