2022-09-24 09:45:15 | MƏDƏNİYYƏT
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib

Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir.

Nazirlikdən bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

Müsabiqədə Azərbaycan vətəndaşları və ölkəmizdə daimi yaşayış icazəsi olan bütün şəxslər iştirak edə bilər.

Hər iştirakçı yalnız bir videoçarxla müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə). Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

Sənədlər oktyabrın 20-dək elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanına göndərilməlidir.

Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

Müsabiqənin qaliblərinin adları noyabrın 7-dək Nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.

Baxış sayı : 161
Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib