2022-09-24 07:25:22 | SİYASƏT
Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı

Finlandiyanın paytaxtı Helsinki də "Avropanın dəyişən təhlükəsizlik arxitekturasında ATƏT və onun Parlament Assambleyasının rolu" mövzusunda keçirilən seminarda iştirak edən Azərbaycanın ATƏT PA- da nümayəndə heyətinin rəhbəri, qurumun İqtisadiyyat və Ekologiya komitəsinin sədri Azay Quliyev çıxış edib.

Azay Quliyev çıxışında ATƏT- tənqid edib və bildirib ki, ATƏT ərazisində təhlükəsizlik arxitekturasının zədələnməsinin və Helsinki dekoloqunun heçə sayılmasının əsas səbəblərindən biri ikili standartlar və selektiv yanaşmalardır: "Azərbaycanın təcrübəsinə söykənərək deyə bilərəm ki, bu ikili yanaşma, xüsusilə, Ermənistan və Azərbaycan arasında keçmiş münaqişənin həllində özünü göstərdi.

Belə ki, münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu bir tərəfdən Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalın qanunsuz nəticələrini legitimləşdirməyə çalışdı, digər tərəfdən, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoydu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını Ermənistandan tələb etmədi. Cəzasızlıq mühitindən ruhlanan Ermənistan 30 il Azərbaycanın 20 faiz ərazisini işğalda saxlamağa nail oldu. Lakin, Azərbaycan 2020-ci ildə təkbaşına TŞ qətnamələrini icra etdi, münaqişəni hərbi-siyasi yolla həll etdi.

Azay Quliyev Ermənistanın sentabrın 12-14 də Azərbaycana qarşı törətdiyi geniş miqyaslı hərbi təxribatı haqqında tədbir iştirakçılarını məlumatlandırıb: "Azərbaycan Ermənistanın təxribatına baxmayaraq, "Brüssel Sülh Gündəliyi"nə sadiqdir və Ermənistanla qısa müddət ərzində sülh sazişi imzalamağa hazırdır. 31 Avqustda Şarl Mişelin vasitəçiliyi ilə keçən Azərbaycan Ermənistan liderlərinin görüşündə sülh sazişinin hazırlanması barədə mühüm razılıq əldə olunmuşdu. Sentyabr ayında hər iki ölkənin xarici işlər nazirləri sülh sazişinin ilkin mətnini hazırlamaq məqsədilə görüşməli idilər.

Azərbaycan münasibətlərin normallamasına əlavə töhvə vermək üçün sentyabrın əvvəlində cinayət törətmiş və məhkəmənin hökmü ilə məhkum olunmuş 5 erməni hərbiçisini Ermənistana təhvil verdi. Ancaq, təəssüf ki, Ermənistanın ölkəmizin bu, xoş niyyətinə və siyasi jestinə sentyabrın
12-də Azərbaycana hücum etməklə cavab verdi. Bundan başqa, Ermənistan tərk etdiyi Laçın və ətraf ərazilərə minlərlə yeni mina basdıraraq növbəti dəfə hərbi cinayət törətdi. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan nə Azərbaycanla qalıcı sülhə nail olmaqda, nə də 2020- ci ilin noyabrın 10-da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil.

Buna baxmayaraq, hesab edirəm ki, Brüssel danışıqlar formatı hələlik ən uğurlu formatdır və ATƏT və beynəlxalq təşkilatlar Brüssel sülh gündəliyini dəstəkləməlidir".
Azay Quliyev eyni zamanda bildirib ki, qlobal təhlükəsizliyi təmin etmək üçün BMT TŞ- da ciddi islahatlar aparılmalı, qurumun daimi üzvlərinin sayı artırılmalı və coğrafi balans təmin olunmalıdır.

Baxış sayı : 167
Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir" Kəlbəcərin azad olunmasının ikinci ili