2022-09-21 09:50:05 | MƏDƏNİYYƏT
UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir

Parisdə UNESCO-nun mənzil qərargahında “Mədəniyyətlərarası Dialoqun Yaradılması” mövzusunda tədbir keçirildiyi vaxt qurumun qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən sərgi xarakterli üçgünlük aksiya başlayıb.

Aksiya Sərhədsiz ədalət və Hüquqlar (JUSTICE ET DROITS SANS FRONTIÈRES) Assosiasiyası tərəfindən təşkil olunub.

Təşkilatçılar uzun illər Ermənistan ərazisində Azərbaycan xalqına qarşı sistemli şəkildə yürüdülmüş deportasiya, etnik təmizləmə, soyqırımı və Azərbaycan xalqının mədəni irsinə qarşı kultursid siyasəti nəticəsində insan hüquqları sahəsində qəbul edilmiş çoxsaylı beynəlxalq müqavilələrdə əksini tapmış norma və qaydaların pozulmasına, əsas vəzifəsi dünya mədəni irsini qorumaq olan UNESCO-nun Ermənistanda Azərbaycan tarixi və mədəni abidələrinin dağıdılmasına laqeyd qalmasına etiraz etdiklərini bildirirlər. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycan tarixi və mədəni irsinə qarşı vandalizm siyasəti aparmaqla, tarixi və mədəni irsimizin tamamilə məhv etdiyini yerli sakinlərə göstərirlər. Aksiyanın əsas məqsədlərindən biri də Ermənistanın Azərbaycan şəhərlərinə və mədəniyyətinə qarşı apardığı urbisid və kultursid siyasətini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Təşkilatçılar Ermənistanın bərpa işləri adı altında Azərbaycanın mədəni abidələrinin digər xalqlara aid olması kimi tarixi saxtalaşdırdıqları haqqında ziyarətçilərə məlumat verirlər.

Aksiyada Ermənistanda, xüsusilə də İrəvanda dağıdılmış Azərbaycanın tarixi və mədəni irs abidələrinin əvvəlki şəkilləri ilə bərabər, bugünkü vəziyyəti də nümayiş olunur.

İrəvan şəhərində bəşər mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən azərbaycanlıların Təpəbaşı tarixi məhəlləsinin UNESCO-nun mədəni irs siyahısına salınmasını tələb edirlər.

Baxış sayı : 84
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”