2022-09-21 08:15:01 | MÜSAHİBƏ
Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək

Regionda vəziyyət dəyişir. Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra bölgədə yeni reallıq yaranıb. Bizə dəstək verən ölkələr olduğu kimi, neytral və ya açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edən dövlətlər də var.

Fact-info.az xəbər verir ki,  Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli QHT Forumunun prezidenti Rauf Zeyni söyləyib.

O, Ermənistanın maraqlarından istifadə etməklə bölgədə sülhün və sabitliyinin pozulmasını dəstəkləyən qüvvələrin olduğunu vurğulayaraq deyib: “Azərbaycanın Zəngəzurla bağlı mövqeyi açıq-aşkardır. Ali Baş Komandan, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə diqqətə çatdırıb ki, Azərbaycan yalnız sülhün tərəfdaşıdır. Ancaq sabitliyi pozan hər bir hücumun qarşısı qətiyyətlə alınacaq”.

“Qarşı tərəflə böyük sülh    sazişinin imzalanması planlaşdırıldığı bir vaxtda düşmənin təxribat xarakterli hücumları bir daha onların verdikləri sözlərə inanmalı olmadığımızı sübut etdi”, – deyən R.Zeyni sentyabrın 12-də baş verən təxribat barədə danışıb.
 O bildirib: “Bu təxribat ermənilərin necə yalançı olduqlarını, eyni zamanda, Ermənistanda hakimiyyətin qeyri-peşəkar səviyyədə idarə edildiyini bir daha təsdiqlədi. Onlar Azərbaycan Ordusunun verdikləri “dərs”lərdən hələ də ibrət götürməyiblər.
 Ermənistan bu addımı ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş bərpa-quruculuq işlərini ləngitməyə, beləliklə, keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarına qayıdışı prosesini yubatmağa çalışır”.

Qeyri-hökumət təşkilatlarının Ermənistanın təxribatları ilə əlaqədar fəaliyyətinə də toxunan R.Zeyni qeyd edib: “Biz də qeyri-hökumət təşkilatları olaraq dünya ictimaiyyətinə səsləndik. Bu təxribatdan sonra fəaliyyətimizi daha da gücləndirməliyik. Ordumuz və dövlətimizlə birlikdə düşmənlərə qarşı daim inamla mübarizə aparmalıyıq. Respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınmasında həyata keçirdiyi tədbirləri və regionda təhlükəsizliyin təmin olunması, dayanıqlı sülhün, ədalətin bərpa olunması üçün bütün mütərəqqi addımlar dəstəklənməlidir. Dünya ictimaiyyətini dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq”.

Baxış sayı : 114
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”