2022-09-19 09:05:57 | AKTUAL
Pelosinin qərəzli çıxışı ABŞ-ın Cənubi Qafqaz siyasətinə və strateji hədəflərinə ağır zərbə vurdu

ABŞ Konqresinin  Nümayəndələr Palatasının (NP) spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi qərəzli fikirlər cəmiyyətdə hiddətlə qarşılandı. Onun belə çıxışı öncə Amerikanın Cənubi Qafqaz siyasətinə ağır zərbə vurdu.

 Yaşının bu ahıl çağında N.Pelosin dünyada və regionumuzda gedən geopolitik prosesləri dərk etmək iqtidarında olmadığı hiss olunur. Görünür yaş öz işin görüb. Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyə obyektivlikdən, ədalətdən çox uzaq, ermənisayağı münasibət bildirmək, Azərbaycanın ünvanına əsasız ittihamlar  səsləndirmək qəbuledilməz haldır. 

Heç şübhəsiz ki,  N.Pelosin bu cəfəng fikirləri ABŞ-da erməni lobbisinin puluna və seçki dövründə həmin erməni seçicilərin dəstəyinə istiqamətlənib. Antitürk əhval-ruhiyyəsində olan bu erməni sevdalısı ABŞ papağını yerə soxmaqla bərabər öz dövlətinin strateji hədəflərini zədələdi.  Mümkün variandır ki, N.Pelosin bundan sonra Azərbaycanın əleyhinə  hər hansı sənədlərin qəbul edilməsinə cəhd göstərəcək. Amma bir vacib məqam ondan ibarətdir ki, Amerikanın xarici siyasətini prezident və onun komandası müəyyən edir.  Şübhəsiz ki, həmin komanda da N.Pelosindən fərqli olaraq ağlını itirməyən və Azərbaycanın Cənubi Qafqazda güclü dövlət olduğunu görən, dərk edən şəxslər var. Prezident qoca  Baydenin ətrafındakı prosesləri düzgün dəyərləndirməyi bacaran qüvvələr  ehtimal etmək olar ki, N.Pelosinin AntiAzərbaycan siyasətini bloklayacaqlar. Əks təqdirdə ABŞ regionda zədələnmiş mövqeyini daha da itirəcək. 

Onu da qeyd etmək lazımdır ki, təşkilatçıların etirafına görə Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılmışdır. Yəni erməni sevdalısı Pelosinin bu səfəri  Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirmək yanlış olar. 

Nəhayət Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə, ümumilikdə ermənilərin sentyabrın 12-13-də  törətdikləri təxribatlarla bağlı izahat işləri beynəlxalq səviyyədə, dünyanın nüfuzlu media qurumlarının vasitəsilə  davamlı olaraq genişlənməlidir. Biz ermənilərdən fərqli olaraq həqiqəti ortalığa qoymalıyıq. Düşmənin təxribatları bitdi anlayışı yoxdur. Müşahidələr göstərir ki, bəzi ermənilər beşikdən qəbir evinəcən qara niyyətlərindən əl çəkməyəcəklər.  Onlardan hər zaman sabitliyə təhlükə yaradacaq addımlar atacağını gözləmək olar. Mövcud şəraitə uyğun olaraq Azərbaycan əsgəri öz işini yüksək səviyyədə görür.  Azərbaycan diplomatiyası, mediası və QHT sektoru belə proseslərə hazır olmalıdır. Təəssüf ki, ciddi səhvlər ortadadır.  

Əkrəm Bəydəmirli

Baxış sayı : 159
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”