2022-09-10 15:20:31 | İQTİSADİYYAT
QHT layihə çərçivəsində iqtisadi sferada maarifləndirmə işinə start verdi

Məlumdur ki, özəl sektorun inkişafında onun başlıca hərəkətverici qüvvəsi kiçik və orta biznes (KOB) subyektləridir.

Belə ki, əhalinin çox çeşidli məhsullarla təminində, ölkənin ucqar bölgələrinə məhsulların çatdırılmasında, dəyişkən iqtisadi mühitə tez bir zamanda uyğunlaşmaqda və fəal şəxslərin məşğulluğa cəlb olunmasında KOB-ların rolu müstəsnadır. KOB-ların ölkə iqtisadiyyatına faydalı təsirinin daha da artırılması qarşısında hələ də bir sıra problemlər dayanır ki, onlardan biri də maliyyə təminatıdır. Bank faizlərinin yüksəkliyi, ağır girov təminatı, gecikmələrə görə cərimələr, mikro və kiçik sahibkarların kredit təşkilatları üçün böyük maraq kəsb etməməsi KOB-ların Alternativ maliyyə mənbələrinə üz tutmasını zərurirətə çevirir.

Alternativ maliyyə mənbələrinə françayzinq, faktorinq, lizinq, payda iştirak, Vençur kapitalı, Kraudfandinq və s. kimi alətlər şamil olunur. Son dövrlər bu maliyyələşmə növlərindən sayılan Ortaqlığa, Şərikliyə KOB-ların marağı xeyli artmışdır. Belə ki, mikro və kiçik sahibkarlar ölkədə fəaliyyət göstərən iri biznes strukturları, investorlar və imkanlı şəxslərlə görüşərək müxtəlif birgə biznes layihələrinin reallaşmasında razılığa gəlirlər.

Amma birgə işə sərmayə cəlbində ideya sahibləri olan təşəbbüskarların başlıca problemləri öz biznes ideyalarını yazı halına gətiərək sərmayədarların qarşısına sanballı İnvestisiya layihəsi qoya bilməmələridir. Bu baxımdan hesab edirik ki, problemin həlli istiqamətində bir qrup KOB-lara Birgə biznesə Ortaq cəlbi üçün İnvestisiya layihəsinin hazırlanmasını öyrətmək məqsədəuyğundur. Bu yolla bir qrup biznes təşəbbüskar İnvestisiya layihəsini hazırlamağı öyrənməklə, həm öz biznes ideyalarına sərmayə cəlb edər, həm də gələcəkdə digər sahibkarlara bu biliyi aşılaya bilərlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq İqtisadi Resursların Öyrənilməsi Mərkəzi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01 sentyabr 2022-ci ildə “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi” layihəsinin həyata keçirilməsinə başlamışdır.

Layihə çərçivəsində  Bakı, Quba, Zaqatala, Gəncə və Lənkəran şəhərlərində 100 nəfər mikro və kiçik sahibkara təlim keçirmək nəzərdə tutulmuşdur.

Layihənin icrası üçün 3 ay müddəti nəzərdə tutulmuşdur.  

Fact-info.az



Baxış sayı : 123
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”