2022-08-19 07:30:54 | TƏDQİQATLAR-ANALITIKA
YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı)

Məscidin ibadət salonu üçnefli olub, planda kvadrata yaxın formadadır (190 х 185 m). Şimal tərəfdən ona artırılan üçtağlı eyvan (14,5 x 5,0m) Cümə məscidinin planına düzbucaqlı forma (26,5 x 21,5m)verir. Eyvanın künclərində iki minarə və ibadət salonunun yanlarındakı balkonlara – qadın bölümünə pilləkənlər yerləşdirilib. Məscidin ibadət salonu 6 daş sütunla neflərə bölünüb. Yan bölmələr sivri tağbəndlə örtüldüyü halda ortadakı iki kvadrat planlı hissə günbəzlə örtülür. Salonun interyeri ikiqat pəncərələrlə işıqlandırılır. Məscid binası bütünlüklə daşdan tikildiyi halda onun minarələri tamamilə kərpicdən yığılmışdır. Minarənin slindirik gövdələri üfüqi kəmərlərlə üç hissəyə bölünmüş və hər bölüm fərqli kərpic hörgüsü naxışları ilə üzlənmişdir.

Bu məscid ümumən Ağdam cümə və Aşağı Gövhərağa məscidlərinin konstruksiya ideyasını saхlayır. Yuхarı Gövhərağa məscidinin minarə kürsülüyü əvvəlki məscidlərdə olduğu kimi təbii əhəng daşı ilə olsa da, onun gövdəsində işlədilmiş həndəsi ornamentlər heç də Aşağı Gövhərağa məscidinin minarə bəzəklərinə uyğun deyil. Əsasən onlar Ağdam cümə məscidinin minarələrindəki həndəsi ornamentlərin bədii ideyasını davam etdirir. Minarələrin çardaq örtüyü ağac materiallarından quraşdırılmışdır. Onun son ucluğunu aypara şəkilli fiqur bəzəyir.

1992-ci ildən Azərbaycan ərazisinin 20% - ni işğala məruz qoyan  Ermənistan Respublikası rəhbərliyi, 2018-ci ildə  dağıntıya və təhqirlərə məruz qoyduğu Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidindni “bərpa” edilməsi ilə bağlı verdiyi qərar gündəmi zəbt etdi. Əslində bu hadisə Beynəlxalq hüquqa görə vandalizm hadisəsi idi. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində planlaşdırdığı bərpa işi Beynəlxalq Konvensiyaların müddəaları ilə ziddiyyət təşkil edirdi.

Daim Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folkloru, toponimləri, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərləri planlı və sistemli bir şəkildə məhv edilməsini və ya mənimsənilməsini həyata keçirən Ermənistanın bu əməli heç də humanist addım kimi görünmürdü.

Əslində Şuşa şəhərinin  Yuxarı Gövhər-ağa məscidindndə nə baş verirdi? - Multukulturalizm, tolerantlıq yoxsa Vandalizm? Biz bu məsələni araşdırmağa qərar verdik və insanı şoka salan detallar aşkar etdik. Bizim üçün maraqlı idi Şuşa şəhərini etnik təmizləməyə məruz qoyan ermənilər, məscidi kimin üçün bərpa edirdilər? Orada kimlər ibadət edəcəkdi? Bu bərpanın arxasında nələr dururdu? 

Uzun illər ərzində Ermənistan tərəfindən rəsmi şəkildədavam etdirilən vandalizm aktları, Azərbaycanın işğal altında qalan Dağlıq Qarabağ və ətraf rayonlarınərazilərində azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir və ya formalarını dəyişdirirlər. Nə oldu tolerantlıq hissi bu millətə gücmü gəldi? Bəs nədən onlar təmir üçün Yuxarı Gövhər-ağa məscidini seçdilər?

Bütün bu qarmaqarışıq suallarla araşdırmalara başladıq və əldə etdiyimiz dəlillərə əsasən bu qənaətə gəldik ki, Yuxarı Gövhər-ağa məscidində aparılan təmir işləri növbəti vandal hadisədir. Bəs Ermənistanı bu addımı atmağa vadar edən səbəb nədir?

  1. Ermənistan Hökuməti öz işğalçılıq siyasətinə haqq qazandırmaq;
  2. Bu cür “humanist” fəaliyyətə görə, müsəlman ölkələri xüsusi ilə qonşu İran Dövləti ilə əlaqələri daha da genişləndirmək, bunun da sayəsində daha çox yardımlar və ianələr qoparmaq. 

Ermənilər heç vaxt İslam dini abidələrinə qarşı hörmətlə yanaşmayıblar. Onlar bu gün əllərində bayraq etdikləri Yuxarı Gövhər-ağa məscidinin içərisini ayaqyoluna, ətrafını isə uşaqların əyləncə yerinə çevirmişdilər. Iranlı mütəxəsislərin müdaxiləsindən sonra Məscidin qapısını dəmir şəbəkə ilə bağladılar.

Məscidi 1992-ci ildə özləri vəhşicəsinə dağıdaraq divarları və minarələri ağır artileriya atəşlərinə məruz qoymuşdular. Çünki işğal dövrü Şuşada küçə döyüşləri olmamışdır. İşğaldan qabaq azərbaycanlı özünümüdafiə dəstələri və əhalinin bir qismi şəhərdən çıxarılmışdır. Ona görə də işğal dövrü ermənilərin indi iddia etdikləri kimi, binaların və tarix və mədəniyyət abidələrinin azərbaycanlı döyüşçülər tərəfindən zərər görmələri mümkün deyildi.

İslam dini abidələrinə nifrət edən ermənilər Yuxarı Gövhər-ağa məscidinə məxsus xalça, mebel və digər avadanlıqları qarət edərək şəxsi mənzillərinə daşıyıb, qapı və pəncərələri sökərək məscidi yararsız hala salmışdılar.  

Ermənilər özlərinə müsbət imic formalaşdırmaq, müsəlman dövlətlərlə iqtisadi əlaqələrini genişləndirmək üçün, öz dağıtdıqlarını bərpa etməyə qərar verdilər.  Təmir üçün Yuxarı Gövhər-ağa məscidi ona görə seçildiki. Bu məscid Bazar Meydanı deyilən ərazidə Şəhərin mərkəzində yerləşirdiyinə görə şəhərə gələnlərin daha tez diqqət mərkəzinə düşürdü.

İki müsəlman Dövlətin dəstək verdiyi erməni vandalizmi: Beynəlxalq hüquqa görə, işğal altında saxlanan ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılması, bir yerdən başqa yerə daşıdılması, formasının dəyişdirilməsi və hətta bərpa və təmir edilməsi yolverilməzdir. Bu baxımdan Dağlıq Qarabağda aparılan təmir-tikinti və abadlıq işləri Beynəlxalq Hüquqla uzlaşmır, qeyri-qanuni fəaliyyət hesab edilir.

Beynəlxalq hüququ ayaqları altına alan Ermənistan Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidində təmir işləri aparmaq üçün İran və Qazaxstan Dövlətlərinin maliyyə dəstəyini qazanmağa nail oldu. Beləki Ermənistanın “Şərqin tarixi irsinin dirçəldilməsi” («Возрождение восточного исторического наследия») fondunun təşkilatçılığı ilə Yuxarı Gövhər-ağa məscidində təmir işlərinə başladı. 


Məsciddə təmir işlərinə 2017-ci ildə ba.lansada 2018-ci ilin yanvarında elan edildi. Təmir işlərinə İKOMOS – Ermənistan (ИКОМОС-Армения) və İKOMOS – İran (ИКОМОС-Иран) təşkilatları arasında aparılan sövdələşməyə görə İrandan mütəxəsislər cəlb edildilər. Məscidin bərpa işlərinin maliyyəsini Qazaxstanın Forbes Kazakhistan (Forbes Kazakhstan)  təşkilatı qarşıladı. Təşkilatın rəhbəri Kayrat Boranbaev Qazaxstanın çox nüfuzlu iş adamlarından sayılır. Onun rəhbərlik etdiyi təşkilatın Qazaxstanda, Belarusiyada və Rusiyada geniş şəbəkəsi mövcuddur. 

Daha bir müəmma. Məscidin daxilində qazıntı işləri nə məqsədlə aparılırdı.? Məlumdurki, abidənin təmirdən əvvəl, yeraltı mədəni qatların öyrənilməsi üçün abidənin mühafizə zonasında arxeoloji qazıntılar aparıla bilər. Arxeoloji qazıntı zamanı yerin mədəni qatlarında maraqlı nüanslar əldə edilərsə və bu zolaq abidənin içərilərinə doğru uzandığı müşahidə edilərsə o zaman abidənin içərisindədə qazıntı işlərinin aparılması istisna edilmir. 

Lakin tədqiqat aparılmadan Yuxarı Gövhər-ağa məscidinin içərisinin bir neçə metr dərinliyində quyunun qazılması, heç bir bərpa və arxeoloji qazıntı qaydalarına uyğun deyildir. 


QEYD: Məqalə, Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsnin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi əsasında hazırlanıb. 


Faiq İsmayılov

Baxış sayı : 247
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”