2022-08-18 10:05:59 | QHT VƏ MEDİA
Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında

Dünən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabranın yanğın baş verən kəndləri - Dağ Bilici, Zöhramlı, Sumaqova, Qorğan, Xəlfələr, Qalaaltıda oldu.
Fact-info.az xəbər verir ki, millət vəkili hadisə yerində yerli sakinlərlə görüşdü, FHN əməkdaşları ilə söhbətlər apardı, yanğının söndürülməsi prosesində iştirak etdi.
S.Qurbanov əvvəlcə Dağ Bilici kəndində əkin və meşə massivində yanan sahələrdə oldu. Yanğın baş verən sahələrin böyük bir hissəsi söndürülsə də, təhlükə tam sovuşmayıb. Bəzi yerlərdə tüstülənmə halları müşahidə olunur.

Millət vəkili hadisə yerində iş başında olan FHN-nin əməkdaşları ilə də görüşdü, görülən işlərlə maraqlandı. Yanğınsöndürənlər millət vəkilinə bildirdilər ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Helikopterlərin prosesə qoşulması da müsbət nəticə verməyib. Bildirildi ki, isti və quraq hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Amma yanğının tam söndürülmıdi istiqamətində bütün güc səfərbər olunub.

S.Qurbanovun ayaq saxladığı növbəti yer tanınmış mədəniyyət işçisi Bayram Ağasıyevin tamamilə yanmış evi oldu. Həmin vaxt FHN əməkdaşları hələ də iş başında idilər, yanğın tam söndürülməmişdi. Millət vəkili hətta yanğınsöndürənlərə qoşularaq, yanğının tamamilə söndürülməsi prosesində iştirak etdi.Daha sonra evin sahibi, hadisə yerində olan kənd sakinləri ilə görüşdü, söhbətləşdi, onlara mənəvi dəstəyini nümayiş etdirdi. Bildirdi ki, evin yenidən bərpası ilə bağlı müvafiq dövlət orqanlarına müraciət edəcək.

B.Ağasiyev bu hadisədən, eyni zamanda bütün mədəni, tarixi xəzinəsinin yandlğından kədərləndiyini və təəssüf hissi keçirdiyini bildirdi. S.Qurbanov ona təsəlli verdi, səbr arzuladı. Qeyd etdi ki, tez bir zamanda ona dəyən maddi və mənəvi ziyan dövlətimiz tərəfindən aradan qaldırılacaq. Sitat: "Sizin kədərinizə, acınıza şərikəm. Amna şükür Allaha ki, canlı itki olmayıb. Eviniz əvvəlki görkəmdə tikiləcək, təmir olunacaq. Siz yenə də öz fəaliyyətinizi davam etdirəcəksiz, mədəni sahədə töhfələrinizi verəcəksiz".Kənd sakinləri və hətta yanğınsöndürənlər hadisə yerinə gələn, zərərçəkən bir ailəyə mənəvi dəstək olduğuna, görə millət vəkilinə minnətdarlığını bildirdilər.

S.Qurbanov oradan ayrıldıqdan sonra piyada yanıb külə dönən ətraf sahələrə baş çəkdi. Kənd camaatından məlumatlar aldı, bəzi suallarını verdi.

Millət vəkili daha sonra Zöhramlı kəndinə üz tutdu. 
Yolboyu ətraf meşə massivinin, üstünə meyvə dolu yabanı ağacların, meşə təsərrüfatının yanıb külə dönməsi, havanın yanıq qoxusu insanı təsirləndirə bilməzdi. Millət vəkili hər belə mənzərəni görəndə maşını saxlayıb ürəkağrısı ilə seyr edirdi.

Yolda millət vəkilinin gözünə FHN-nin daha bir yanğınsöndürən maşını və əməkdaşları dəydi. Maşını o tərəfə istiqamətləndirdiyi. Qurum əməkdaşları meşənin çox da dərinlikdə olmayan hissələrində tüstülənməkdə olan yerləri söndürməyə gəlmişdilər. Su şlanklarını yenicə açırdılar, millət vəkili də bu işdə onlara kömək etdi. Hətta birlikdə həmin yerə gedib, baş verə biləcək yanğını ram etdilər. İş bitəndən sonra yanğınsöndürənlərlə xatirə fotosu da çəkildi.

Şabran Rayon İcra Hakimiyyətinin Qorğan kəndi üzrə nümayəndəsi Orxan Balabəyov bildirdi ki, iki gündür kənd camaatı ilə birlikdə yanğınla mübarizə aparıblar və yanğın tam söndürülüb.

Uzaqdan tüstüyə, alova bürünən min illik tariximiz olan qədim "Çıraqqala" abidəsi görünürdü. Günorta saat 3 olardı, S.Qurbanov nahara belə oturmadı, onu müşayət edənlərlə birlikdə "Çıraqqala" ya üz tutdu.

Eyniadlı kənd, sanatoriya və qalanın özü üçün də bir təhlükə vardı. Amma sanatoriyada istirahətə gələn yerli və əcnəbi turistlər heç də təşviş keçirmirdilər, qorxmurdular, həyat axarıncaydı. Hətta çoxu tüstü və xırda alovun ağuşunda olan əzəmətli qalanın foto və videolarını belə "maraqla" çəkirdilər. Burada da hadisə yerində FHN-nin qüvvələri vardı. Səmada isə helikopterlər görünürdü.

Baxış sayı : 172
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”