2022-08-15 09:35:51 | MƏDƏNİYYƏT
Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir

Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir.

Fact-info.az xəbər verir ki, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli” xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində “Yuxarı Gövhərağa məscidi: dünən və bu gün” adlı sənədli filmin çəkilişi üçün hazırlıq işlərinə başlanılıb.

Filmin çəkilməsində məqsəd son 30 ildə Azərbaycanın mədəni irsinə qarşı həyata keçirilən vandalizm, o cümlədən inanc və ibadət yerlərində törədilən erməni vəhşiliyini dünya ictimaiyyətinə nümayiş etdirməkdir.

Ekran əsərində ermənilər tərəfindən Şuşa şəhərindəki Yuxarı Gövhərağa məscidinin planlı şəkildə təhqir edilməsi faktlarını təsdiqləyən onlarca arxiv sənədlərindən və videogörüntülərdən istifadə ediləcək. Ermənistan hökumətinin öz siyasi məqsədləri üçün 2018-ci ildə məsciddə apardığı qeyri-qanuni “bərpa” işlərinin yaratdığı fəsadlar da nümayiş olunacaq.

İşğal dövründə məsciddə törədilmiş vandalizm aktlarının bu gün aradan qaldırılması işıqlı sabaha aparan yol kimi filmin əsas süjet xəttini təşkil edəcək.

Filmin ssenarisini müzakirə etmək üçün H.Cavid parkına toplaşan layihə əməkdaşları film barədə öz fikir və mülahizələrini bölüşüblər və onların hər biri görəcəkləri işlər barədə tapşırıqlar alıblar. Filmin ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqraf Amil Amal, əməkdaşlar Səbinə Novruzzadə, Xəyalə Quliyeva və Amil İsmayılzadədir.

Baxış sayı : 152
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”