2022-08-11 15:45:36 | SİYASƏT
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır

2020-ci il 9 (10) noyabr tarixli üçtərəfli Bəyanatda Qarabağ ilə Ermənistanı birləşdirən yeni yol salınması nəzərdə tutulur.

 Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev bunu Moskvada keçirilən brifinqdə söyləyib.

O qeyd edib ki, regionda vəziyyət Moskvanın diqqət mərkəzindədir. Rusiya XİN avqustun 4-də bəyanatla çıxış edərək, tərəfləri təmkinli olmağa və üçtərəfli sazişlərə riayət etməyə çağırıb. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ətrafında yaranmış vəziyyət həmin sazişlər əsasında nizamlanmalıdır.

Diplomat deyib: “Bu sözlər Laçın dəhlizi ətrafında vəziyyətə də aiddir. Bu məsələ 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır. Həmin bənddə nəzərdə tutulur ki, tərəflərin razılığına əsasən yaxın üç ildə Qarabağ ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun planı müəyyən ediləcək, sonra bu marşrutun qorunması üçün Rusiya sülhməramlı kontingentinin dislokasiyası dəyişdiriləcək”.

İ.Neçayev vurğulayıb ki, hazırda intensiv siyasi əlaqələr davam edir, rusiyalı sülhməramlılar fəal iş aparır, vəziyyətin sabitləşməsi üçün zəruri səy göstərirlər.

Diplomat Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına aid müxtəlif vasitələrlə avqustun sonuna qədər yüksək səviyyədə üçtərəfli əlaqələrin təşkil edilməsi planları barədə danışıb. Onun sözlərinə görə, bu barədə daha ətraflı məlumat veriləcək.

Baxış sayı : 355
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməli qoyulub 2023-05-27 21:35:54 Prezident Müstəqillik Günü münasibətilə paylaşım edib 2023-05-27 20:35:08 Prezident Kəlbəcər şəhərində məktəb binasının təməlini qoyub 2023-05-27 20:20:45 Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib 2023-05-27 20:05:53 Türkiyə Prezidenti: "Azərbaycanın qardaş köməyini heç vaxt unutmayacağıq" 2023-05-27 18:00:32 Prezident İlham Əliyev Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlini qoyub 2023-05-27 13:30:12 “Əbədi miras: Müstəqillik” 2023-05-26 21:55:11 Azərbaycan xalqına sülh və rifah diləyirəm - Nazarbayev 2023-05-26 21:45:14 Erməni diversantların Zəngilan istiqamətində dövlət sərhədini yarıb keçmək cəhdinin qarşısı alınıb 2023-05-26 21:20:54 Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə bölgədəki son vəziyyəti müzakirə edib 2023-05-26 21:20:57 Azərbaycan beynəlxalq iqtisadi forumda təmsil olunub 2023-05-26 21:05:41 Şərqi Zəngəzur 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nizamnamə fondu məlum olub 2023-05-26 17:10:23 Prezident: “Azərbaycan əraziləri minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrilib” 2023-05-26 16:55:22 Azad olunmuş ərazilərə avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılır 2023-05-26 16:10:52 “Tarixi abidənin mühafizə zonasında aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb” – Dövlət Xidməti 2023-05-26 15:10:01 Prezident Horadiz-Zəngilan yolunun təmirinə 31,4 milyon manat ayırıb 2023-05-26 14:45:00 "Ən çox Ermənistanda istehsal olunmuş plastik minalara rast gəlinir" - ANAMA 2023-05-26 12:55:16 Budapeşt şəhərində “Şuşanın tək incisi” filmi nümayiş olunub 2023-05-26 11:00:57 Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il QRANT müsabiqəsinin nəticələrini elan edib 2023-05-26 10:20:42 Azərbaycanlı alimin məqaləsi İndoneziyada çap olunub 2023-05-26 09:25:02 Ərdoğan seçkilərdə mümkün qələbədən sonra kabineti sürətlə formalaşdırmağı planlaşdırır 2023-05-26 08:10:55 Moskvada üçtərəfli görüş başa çatıb 2023-05-26 07:00:39 VII Trans-Xəzər Forumunda Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyindəki rolundan danışılıb 2023-05-25 21:20:21 XİN başçısının müavini İsrail rəsmilərini Ermənistanın təcavüzü ilə bağlı məlumatlandırıb 2023-05-25 21:05:15