2022-08-11 08:10:50 | MÜSAHİBƏ
Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar”

Fact-info.az saytının bugünkü qonağı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində 40 ildən artıq fasiləsiz çalışmış Rafiq Quliyevdir.

Xatırladırıq ki, O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Təsviri sənət məkanında rəngkar və heykəltəraş kimi tanınan Rafiq Quliyev ixtisas təhsilini Bakıdakı məşhur “Əzimzadə məktəbi” ndə almışdır. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirəndən sonra o, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyər üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində işə başlamışdır. Bu gün o, təqaüddə olmasına baxmayaraq, yaradıcılığını geniş şəkildə davam etdirir. 

Onu qeyd edək ki, Rafiq Quliyev uzun illər respublikanın müxtəlif güşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı özü də yaradıcılıqla məşğul olmuş, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində yaddaqalan əsərlər yaratmışdır. Azərbaycan Rəssamlar İtttifaqının üzvü olan  Rafiq Quliyevin əsərləri vaxtaşırı COVİD-!9 pandemiyasına qədər bir sıra yerli və xarici sərgilərdə uğurla nümayiş olunmuşdur. 

Həmçinin  Rafiqmüəllim Azərbaycan təsviri sənətinin problemlərinin tədqiqatı ilə  məşğul olaraq bir sıra kitablar yazmışdır. Onun “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə”, “Təsviri sənətdə insan dünyası”, “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” kitabı və digər əsərləri Azərbaycan mədəniyyətinə, sənətşünaslığına böyük  töhfədir.

Təsviri sənətdə, tarix və şəxsiyyət mövzusu incəsənətin bu vaxta kimi tədqiq olunmamış sahələri ilə məşğul olan Rafiq müəllimin əsərləri müasir dövrdə çox aktualdır. Müstəqil Azərbaycan tarixinin öyrənilməsi və tədqiqi üçün tarix və şəxsiyyət mövzusunda yazılan belə əsərlər geniş auditoriyaya zəngin informasiya verir. Rafiq Quliyevin tədqiqatlarında “Qrafika”bölməsi  mühüm sahədir. 

Rafiq müəllim bu və digər məqamlarla bağlı fikirlərini oxucularla bölüşüb:

-Kitablarımda Qobustan Tarixi Qoruğundakı daşüstü rəsmlərdən tutmuş ta bu dövrə qədər yaradılan tarixlə bağlı əsərlərə nəzər salınıb. Bu mövzulu əsərlərə konkret tarixi baxımından yanaşılıb, onlar təhlil olunub,  Qayaüstü rəsmlərin icra manerasındakı qeyri-adi şərtiliklər göstərir ki, həmin rəsmlər qədim insanların hələ üzərindən sirr pərdəsi tam götürülməyən və bəlkə də nə vaxtsa mövcud olmuş ibtidai sənət intibahının bu günə çatmış görüntüləridir. Doğrudan da, Azərbaycanın sənət abidələri canlı tarixdir və bu gün onlar tariximizin tədqiqi üçün zəngin fikir formalaşdırır.

-Rafiq müəllim,  postmüharibə dövründə bir çox sənət adamları  yeni dövrün çağrışlarına uyğun olaraq öz potensiallarını ortaya qoyurlar. Sizin yaradıcılığınızda bu hədəflər necə müəyyənləşib. Ümumiyyətlə, vətənpərvərlik mövzusunda hansı yaradıcılıq işləriniz var?

-Azərbaycanlı kimi, qarabağlı kimi torpaqlarımızın işğaldan azad olunması, tarixi qələbəmiz məni hədsiz qürurlandırdı. Nəhayət  yurd həsrətimizə son qoyuldu. Ali Baş Komandanımızın uğurlu, uzaqgörən siyasəti, əsgərlərimizin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Heç bir azərbaycanlı ermənilərin törətdiyi vəhşiliklərə etinasız yanaşa bilməz. O cümlədən yaradıcı insanlar da belə ağrılı görüntülərə biganə qala bilməzlər. Zaman keçdikcə yaradıcı insanların bu səpkidə yeni əsərlərinə rast gələcəyik. Müharibə ədəbiyyatı, filmləri, rəssamlarımızın əsərləri  illər keçdikcə formalaşacaq. Müharibə mövzusu döyüşü görən insanlar üçün o qədər maraqlı olmur. Gələcək nəsillər üçün bu mövzular  daha maraq kəsb edəcək. Necəki  II Dünya müharibəsi bitdikdən neçə il sonra  yeni müharibə ədəbiyyatı yarandı. 

Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif səpkili işlərim var. Ümumiyyətlə, yurd  itkisi sənətkar üçün daha ağrılı, daha əzablı  olur. Cəbrayılın işğalı  çox ağrılı anlarımdır.  Uşaqlığımın, gəncliyimin keçdiyi, bütün ruhumla bağlı olduğum, hər qayası, hər daşı xatirimdə iz buraxmışdı. İndi Allaha şükür edirik ki,  torpaqlarımız düşmən tapdağında azad olub. Bu bizim üçün qürur mənbəyidir. Hər zaman çalışmışam ki, vətənpərvərlik ovqatı yaradıcılığımda əks olunsun. Yeni dövrün çağrışlarına uyğun olaraq Qarabağ mövzusunda bir sıra işlərim var. Mən deyərdim bu sahədə çox uğurlu nəticələrimiz olacaq.

-Sərgiləriniz haqqında nə deyə bilərsiniz?

-Mən həmişə rəssamlığı ilahi sənətlərdən hesab etmişəm və yeganə sənətdir ki, rəssam öz əsərini tamaşaçı ilə heç bir vasitə olmadan üz-üzə qoyur. Və bu anda qarşımdakı əsər sənə hər şeyi deyir. Onu deyim ki, bu vaxta qədər xeyli sərgilərim olub. Sonuncusu isə  2017-ci ilin  dekabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı fərdi sərgim oldu. 

Həmçinin xarici ölkələrdə, o cümlədən Almaniyada belə sərgilərin keçirilməsi üzərində çalışıram. Bu yolla  Azərbaycanımızı, zəngin mədəniyyətimizi geniş auditoriyaya təqdim etmək istərdik.  

-Bir müddət öncə Azərbaycanda Yaylaq Festivalı keçirildi. Sizin belə tədbirlərlə mövqeyiniz necədir?

Azərbaycanın mədəniyyətinin, dəyərlərinin, adət-ənənənələrinin təbliği baxımından  Yaylaq Festivalı  yaxşı ideyadır. Amma Mədəniyyət Nazirliyi bu tədbiri qeyri peşəkar səviyyədə keçirib. Təşkilatçılıq bərbad  vəziyyət olub. Mən uzun illər bir sıra festivalların, möhtəşəm tədbirlərin iştirakçısı və təşkilatçısı olmuşam. Çox yaxşı anlayışım  belə tədbirlərlə bağlı var. Yaylaq Festivalının təşkilində,bizim uzun illər oturuşmuş tərəkəmə mədəniyyətinin nümayişində ciddi qüsurlar olub. Bunu iştirakçılar,  ora dəvət olunmuş jurnalistlər  və mənim şəxsi müşahidələrim təsdiq edir. Ona görə, belə tədbirlərin keçirilməsində peşəkarların təcrübəsindən istifadə edib ciddi hazırlaşmaq lazım idi. Yaylaqənənələrini, tərəkəmə mədəniyyətini əks etdirən kompazisiyalar təşkil olunmalı idi. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Səsləndirilmiş tənqidi fikirlərdən  təşkilatçılar nəticə çıxarmalıdırlar.

Fact-info.az
















Baxış sayı : 779
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”