2022-08-03 09:25:34 | QHT VƏ MEDİA
Regionlarda BP və Agentliyin dəstəyi ilə QHT resurs mərkəzlərinin yaradılması müzakirə edilib

QHT Agentliyinin BP (Birtish Petrolium) Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub.

Fact-info.az xəbər verir ki, keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Sosial İnvestisiya Qrupunun rəhbəri Xalid Rəcəbov, Agentliyin Layihələr Departamentinin müdiri Elnur Bağırlı, Beynəlxalq əlaqələr üzrə məsul şəxs Toğrul Məmmədli, Mətbuat üzrə məsul şəxs Leyla Rəhimova iştirak ediblər. 


Görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb. 


Sonra çıxış edən BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli səmimi qəbula görə Agentliyə təşəkkür edib və keçirilən bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. 


Çıxışlardan sonra görüş mütəmadi olaraq Agentlik BP Azərbaycanla birgə layihələrin icra edilməsi, keçiriləcək layihələrə qeyri-hökümət təşkilatlarının cəlb olunması, regionlarda BP və Agentliyin dəstəyi ilə QHT resurs mərkəzlərinin yaradılması və.s mövzuları ətrafında geniş müzakirələr aparılıb.  

Görüşün yekunu olaraq xatirə fotosu çəkilib.

Baxış sayı : 117
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov