2022-08-02 10:05:50 | AKTUAL
Azərbaycan dünyadakı proseslərə baxmayaraq, stabil, dinamik inkişafa yönələn bir ölkədir

"Ukrayna–Rusiya müharibəsi fonunda digər münaqişəli ölkələr arasında da müəyyən gərginliyin artması, görünür, dünyanın mənzərəsi dəyişmək üzrədir. Baş verən gərginliklər, müharibələr, iqtisadi böhranlar ölkə rəhbərlərini daha diqqətli olmağa və daha uzaqgörən siyasət yürütməyə vadar edir. Çünki yaranan xaosdan əsasən də sadə insanlar əziyyət çəkir. Bu cəhətdən biz həqiqətən özümüzü xoşbəxt vətəndaş hiss edə bilərik. Çünki Prezident İlham Əliyevin yürütdüyü siyasət bu gün Azərbaycana elə bir imkanlar yaradıb ki, biz dünyada baş verən proseslərə baxmayaraq, stabil, dinamik inkişafa yönəlik bir ölkə sakini olaraq sabitlik adasında yaşayırıq”.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

“Bizim 44 günlük haqq savaşımızda və ondan sonrakı dövrdə Azərbaycanın yürütdüyü siyasət müharibədən çıxan bir dövlət kimi bizi zəiflətmədi əksinə daha da gücləndirdi. Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm hərbi bir böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, minalardan təmizləmə işləri həyata keçirir. Bütün bunlar isə milyardlarla dollarlara başa gəlir. Hər şeyi heç bir kənar qüvvənin təsiri, dəstəyi olmadan öz daxili imkanlarımız hesabına edirik. Əlbəttə iqtisadi göstəricilərimiz bununla yekunlaşmır. Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bu baxımdan gedişat da onu göstərir ki, Prezident İlham Əliyevin illər əvvəl atdığı addımların nəticəsini biz bu gün görürük”, millət vəkili vurğulayıb.

Baxış sayı : 129
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov