2022-07-31 16:40:41 | TƏDQİQATLAR-ANALITIKA
Elmi institutların taleyi necə olacaq?

İyulun 28-də Prezident elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Bu Fərmana görə AMEA-nın elmi institutları və təşkilatları yeni yaradılan  Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Fərmana görə, nazirlik bu qurumların sayının optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təkliflərini hökumətə təqdim etməlidir.

Hazırda ciddi maraq doğuran məsələ məhz nazirliyin tabeliyinə verilən elmi institutların fəaliyyətinin necə səmərəli qurulmasıdır .
Son zamanlar aparılan müzakirələrdən, Prezidentin yuxarıda adı çəkilən fərmanından və "Azərbaycan -2026" Strategiyasından belə qənaətə gəlmək olar ki, nazirlik qısa müddətdə tabeliyindəki elmi institutları fəaliyyət istiqamətləri üzrə universitetlərin tabeliyinə verilməsini təmin edəcək.

Yəni, məsələn, düşünmək olar ki, artıq nazirliyin tabeliyində olan İqtisadiyyat İnstitutu UNEC tabeliyinə, Riyaziyyat və Mexanika İnstitutu BDU-nun tabeliyinə, İnformasiya texnologiyaları və keçmiş Kibernetika İnstututu AzTU tabeliyinə,  Neft və Qaz İnstitutu ADNSU və ya Bakı Ali Neft Məktəbinə verilə bilər.

Son zamanlar nazirlik və universitetlər daha çox elmi tədqiqat və innovasiya  yönümlü, araşdırma istiqamətində  fəaliyyətin təşkilinə üstünlük verirlər. Həmçinin, universitetlərin bir çoxu universitet- sənaye iş birliyinin yenidən qurulması istiqamətində çalışırlar.
Düşünmək olar ki, nazirlik mövcud elmi institutları universitetlərin tabeliyinə verməklə elmi tədqiqat yönümlü fəaliyyətin gücləndirilməsinə, ali təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə  üstünlük verəcək.

Hazırda universitetlərin böyük əksəriyyətində tədqiqat yönümlü, innovasiya yönümlü fəaliyyət çox zəif olduğundan düşünürəm ki, yeni yaradılan Elm və Ali Təhsil Agentliyi də bu sahədə işləri qaydaya salmaq üçün çox işlər görməli olacaq.

Yeri gəlmişkən, güman ki, hazırda bir çox universitet rəhbərləri hansı elmi institutların onlara birləşdiriləcəyini də səbirsizliklə gözləyirlər. 

Amma düşünmək olar ki, bu proseslər ağrısız da ötüşməyəvək. Universitetlərin tabeliyinə verilən institut rəhbərləri ilə bəzi rektorlar arasında müəyyən konfliktlərin də ola biləcəyi gözləniləndir.

Eyni zamanda elmi institutların universitetlər üçün əlavə yükə və əlavə problemlərə yol açmasına da yol vermək doğru olmazdı.
Təbii ki, yeni yanaşmalara görə elmi institutlarda aparılacaq  optimallaşdırma və ixtisarlar əlavə problemlər də yarada bilər. Düşünürəm ki, institut rəhbərlərinin universitetlərin rektorlarının təqdimatı ilə nazirilik tərəfindən təyin olunması  da məntiqli və ağlabatan olardı.

İnanıram ki, Elm və Təhsil Nazirliyi yeni formalaşmış situasiyanı, Prezidentin fərmanında və adı çəkilən Strategiyada  elm və təhsilin  inkişafı üçün nəzərdə tutulanları doğru dəyərləndirəcək və sektorun sürətli inkişafı üçün daha effektiv və səmərəli mexanizmlər müəyyənləşdirəcək.

Osman GÜNDÜZ
Azərbaycan İnternet Forumunun prezidenti

Baxış sayı : 103
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov