2022-07-16 10:15:13 | MÜSAHİBƏ
Doğma Şuşama qovuşduğum üçün həyatımın ən xoşbəxt anlarını yaşayıram

1992-ci il mayın 10-da Şuşanı tərk etmişəm. Uzun illər Şuşanın həsrəti ilə yaşadım. Allaha dua edirdim ki, doğma torpağıma qovuşmadan dünyadan köçməyim. 2020-ci ilin noyabrın 8-də Ali Baş Komandanın verdiyi şad xəbər Şuşa nisgilimə son qoydu. Əhd eləmişdim ki, Şuşa alınandan sonra oraya ilk köçənlərdən olacağam. Əhdimə sadiq qaldım. Hazırda ailəmlə, nəvələrimlə Şuşada yaşayıram və buraya ən tez qayıdanlardan biriyəm. Doğma Şuşama qovuşduğum üçün həyatımın ən xoşbəxt anlarını yaşayıram.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində şair, yazar Şükür Həsənov deyib.

Şair bildirib ki, Şuşanın əvvəlki cah-cəlallı, çal-çağırlı vaxtlarını görmək onu ikiqat xoşbəxt edir: "Bir qələm əhli kimi Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi məni sevindirir. Uzun illər məlum səbəblərdən dolayı Şuşa şeirə, sənətə həsrət qaldı. Bir mədəniyyət beşiyi olan şəhər üçün bu, çox ağır mənzərədir. Şükür Allaha ki, azad Şuşamız ikinci dəfədir bu möhtəşəm tədbirə ev sahibliyi etdi. Qələm dostlarımı Şuşada qarşılamaq mənim üçün ifadə edilə bilməyəcək hisslərdir. Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Uca Yaradan Müzəffər Ali Baş Komandan və onun Rəşadətli Ordusunu qorusun. Əminliklə deyə bilərəm ki, şəhidlərimizin ruhu şaddır. Onların əziyyəti, qanı yerə qalmadı. Vətən fədailərinin ruhu əzəmətini geri qaytarmış Şuşa səmasından bizə baxıb gülümsəyir. Bundan sonra da işıqlı gələcəyin bizi gözlədiyinə, digər ərazilərimizin də tezliklə bərpa olunub doğma sakinlərinə qovuşacağına inanıram".

Baxış sayı : 178
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov