2022-07-01 07:55:44 | QHT VƏ MEDİA
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb

Fact-info.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 118-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə söyləyib. Prezidentin müşavirədə giriş və yekun nitqinin mətnləri ilə yeni kitabda tanış olmaq mümkündür.

Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin fevral-aprel aylarını əhatə edir.

Kitaba Azərbaycan Prezidenti İlham Əliyevin TASS agentliyində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşünün materialları da daxil edilib. Dövlətimizin başçısının çıxışında və suallara cavabında Azərbaycanın tarixi və bugünkü reallıqlar, multikultural dəyərlər əksini tapıb.

Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşü, iki ölkə arasında sənədlərin imzalanması haqqında informasiyalar, prezidentlərin mətbuata bəyanatlarının mətnləri, habelə dövlətimizin başçısının Türkiyəyə və Belçikaya işgüzar səfərlərinə dair materiallar da bu nəşrdə yer alıb.

İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərini daim diqqətdə saxlayan Prezident İlham Əliyev martın 20-də Tərtər rayonuna səfər edərək, Suqovuşan qəsəbəsində fərdi evdə aparılmış təmir-bərpa işləri, 144 şagird-yerlik tam orta məktəbdə təhsilin vəziyyəti ilə tanış olub. Dövlətimizin başçısı qəsəbədə yeni məscidin və turizm kompleksinin təməlqoyma mərasimlərində, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Prezident Suqovuşanda bayram tonqalının önündən Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikin mətni və səfər haqqında geniş informasiyalar yeni kitabda toplanıb.

“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 118-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Baxış sayı : 161
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov