2022-07-01 07:35:54 | MƏDƏNİYYƏT
"Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən muğam festivalına yekun vurulub. May-iyun aylarında gerçəkləşən festival "Şuşa İli"nə həsr olunmuşdu.

İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva festival iştirakçılarına təbriklərini çatdırıb. Bildirib ki, muğam festivalının "Şuşa İli" çərçivəsində keçirilməsi təsadüfi deyil. Çünki Şuşa Azərbaycanın muğam ocaqlarından biridir. Qədim Qarabağ torpağı, Qarabağın tacı olan Şuşa Azərbaycanın musiqi beşiyi sayılır. "Şərqin konservatoriyası" da adlandırılan bu torpaqda Azərbaycan musiqi sənətinin ən görkəmli nümayəndələri doğulub boya-başa çatıblar. Qarabağ eli neçə-neçə istedadlı bəstəkar, tarzən, kaman ustası, xanəndə yetişdirib: "Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Qarabağımız, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğaldan azad edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada bu gün nəhəng quruculuq layihələri həyata keçirilir. Şuşadakı tarixi, dini və memarlıq abidələri bərpa olunur, Şuşaya dolğun mədəni həyat qayıdır. Şuşada Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə "Xarıbülbül" festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, şəhərdə müxtəlif mədəni layihələrin, beynəlxalq konfransların təşkili Azərbaycan mədəniyyətinin Qarabağa qayıdışının təsdiqi, milli ləyaqətimizin təntənəsidir".

Muğam festivalı haqqında məlumat verən nazir müavini qeyd edib ki, 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın birinci mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları qiymətləndirilib.

Sevda Məmmədəliyeva çıxışının sonunda bütün festival iştirakçılarını, qalibləri, onların müəllimlərini, valideynlərini, məktəblərin kollektivini təbrik edərək uğurlar arzulayıb.

Münsiflər heyətinin sədri Teyyub Aslanov festivalın təşkilinə görə, Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Deyib ki, muğam sənətimizin inkişafı və təbliği məqsədilə təşkil edilən layihə səhnəmizə neçə-neçə yeni adlar bəxş etmiş oldu.

Sonra qaliblər elan olunub. Festivalın Qran-pri mükafatını Tuncay Oruczadə (Ağdam) qazanıb. İsfəndiyar Dadaşov (H.Sarabski adına 7 nömrəli musiqi məktəbi - Bakı), Əli Ağazadə (Sabirabad) birinci, Mətin Cəfərov (Ağdam), Sadiq Zeynallı (Beyləqan), Aydın Həmzəyev (G.Şaroyev adına 35 nömrəli musiqi məktəbi - Bakı), Aynur Ağamalıyeva (Salyan) ikinci, Nihad Məmmədzadə (Xırdalan), Polad Salmanlı (Bərdə), Turan Salahov (Goranboy), Mənzurə Abdürəhmanova (Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi - Bakı), Gülyaz Həsənzadə (M.Maqomayev adına 26 nömrəli Musiqi məktəbi - Bakı), Fatimə Hümmətova (Şəki) və Ləman Məmmədova (Ağcabədi) üçüncü dərəcəli mükafata layiq görülüblər.
Qaliblərə diplom və fəxri fərmanlar təqdim edilib. Şagirdləri festivala hazırlayan müəllim və konsertmeysterlərə isə fəxri fərmanlar verilib.

Sonda festivalın qalibləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir daha məharətlərini göstəriblər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (bədii rəhbər - Mirxalid Salayev) müşayiət edib.

Baxış sayı : 159
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov