2022-06-30 22:50:12 | QHT VƏ MEDİA
“Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib

29 iyun Bakı Gənclər mərkəzində Dünya Ana və Uşaqlar İB-nin və Bakı Gənclər mərkəzinin təşkilatçılığı və daim Şəhid Qazi ailələrinin yanında olan General Hilal Nəcəfovun dəstəyi ilə Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir mərkəzin girişindən rəsm sərgisi ilə başlayıb .Qonaqlar tar, kamanın müşaiyəti ilə gənc xanəndə Sevinc Şuşalının ifaları altında zala daxil olublar. Tədbirdə Azərbaycan Dövlət himni səsləndirilib və şəhidlər bir dəqiqqəlik sükütla anılıb.Aparıcı Şəbnəm Turan Silahlı qüvvələrin yaranma tarixindən qonaqlara məlumat verdikdən sonra sözü tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevaya verib. Nərgiz xanım gənclərin vətənpərvər böyüməsi yolunda görülən işlərdən danışıb və böyük ekranda ordumuzun 44gündə imza atdığı zəfərin görüntüləri əksini tapıb.
Tədbirdə Millət vəkili Vüqar isgəndərov , Dövlət qulluqçusu Elvin Dadaşov, Veteranlar təşkilatı İctimai Birliyinin sədri, Azərbaycan Tank Taborunun ilk komandiri
Hacı Azimov çıxış edib. Tədbirdə iştirak edən şəhid analarından

Şəhid kəşfiyyatçı Nadir Rzayevin anası Aynur xanım çıxışında şəhid ailələri adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirdə Beynəlmiləl Əlil döyüşçülər fondunun vitse-prezidenti döyüşçü ,qazi ,Zəngilan rayon şöbəsinin sədri Ənvər Qarayev, Sabunçu rayon şöbəsinin sədr müavini döyüşçü, qazi Elşən Ələkbərov və qazi ,döyüşçü Polkovnik Elşən Məhərrəmov, Qazilər Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-nin sədri Ceyhun Ağayev . Qazi Elvin Rəsulov ,Cavid Hüseynov Qazi Vidadi Əliyev ,Ülfət Həsənov və bir çox vətən müharibəsi qazisi və şəhid ailələri iştirak edib.

Bundan başqa Şəhid mayor Kərimov Talehin həyat yoldaşı Nəzakət xanım, Azərbaycan Vətənpərvərlər Partiyasının sədri Elvin Mahmudzadə,Şuşa, Çanaqqala, Şəhid ailələri və Qazilərə Dəstək İB-nin sədri Həsənova Pərvanə xanıma və Tədbirin təşkilində fəallıq göstərən reabilitoloq,Dünya Ana və Uşaqlar İB-nin müavini Afaq Yaqubova da çıxış edib.
Tədbirin bədii hissəsində Xalq artisti Könül Xasıyeva ,Əməkdar artist İnara Babayeva ,gənc müğənni Şəbnəm Turan ,Əli Əzizoğlu və Sevinc Şuşalı vətənpərvər ruhda musiqilər ifa edib məktəblilər şeirlər səsləndiriblər. Sonra vətənpərvər gənclərə Xəbərtime.az saytının rəhbəri Yeganə Telmanqızı Fəxri Diplom təqdim edib . Sonda isə Dünya Ana və Uşaqlar İB-nin sədri Dünya xanım Əliyeva qonaqlara öz dərin təşəkkürünu bildirib. Tədbirə ev sahibliyi edən Bakı Gənclər mərkəzinin direktoru Nərgiz Babayevaya və tədbirə dəstək göstərən General Hilal Nəcəfova şəxsi minnətdarlığını bildirib.
Bu cür maarifləndirici tədbirləri davamlı olaraq cəbhə bölgələrində ,rayonlarda da keçiriləcəyini nəzərdə tutulduğunu söyləyib. Tədbirin sonunda qonaqlar xatirə şəkilləri çəkdirib.
Leyla Mətin Dunyaxeber.org

Baxış sayı : 257
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov