2022-06-27 09:15:53 | QHT VƏ MEDİA
“İnanırıq ki, Azərbaycan-Türkiyə-Qazaxıstan formatı özünü doğruldacaq”

“Bu formatda görüş ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək”.

APA xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra regionun əməkdaşlıq, qarşılıqlı hörmət və faydalı platformaya çevrilməsi istiqamətində ardıcıl xarici siyasət həyata keçirib.

“Biz indiki dövrdə də regionda sabitlik, təhlükəsizlik və firavanlığa nail olmaq üçün qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin işlənib hazırlanmasına çalışırıq. Bu gün əsası qoyulan Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatı Azərbaycanın xarici siyasət münasibətlərində yenidir. İnanırıq ki, birgə ardıcıl səylərimizlə bu format regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma kimi özünü doğruldacaq.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı artan təhdidlər fonunda əməkdaşlığımız regional səviyyədə risklərin və çağırışların qarşısını alınmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən üçtərəfli əməkdaşlığımızın konkret istiqamətlərini nəzərdən keçirməyimiz olduqca aktualdır. Məhz bu baxımdan bugünkü görüşdə Avropa və Asiya arasında təhlükəsiz, səmərəli və etibarlı nəqliyyat-kommunikasiya əlaqələri müzakirə olunur. Bu, əməkdaşlıq edə biləcəyimiz ən effektiv sahələrdən biridir. İnanıram ki, bugünkü görüşdən sonra bu üç ölkə arasında əməkdaşlığın genişlənməsi üçün gələcək istiqamətləri müəyyən edəcəyik”, - XİN rəhbəri qeyd edib.

Baxış sayı : 163
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov