2022-06-24 09:35:53 | MƏDƏNİYYƏT
“Qarabağ gecəsi” adlı xeyriyyə konserti təşkil olunacaq

İyunun 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçiriləcək.

Konsertdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun müşahidə şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru, Xalq artistləri Fəxrəddin Kərimov, Samir Cəfərov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, “Muğam” televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.

Bədii hissədən dərhal sonra filarmoniyanın yay zalında rəsmi ziyafət baş tutacaq.

Qeyd edək ki, konsert və rəsmi ziyafət üçün biletləri Qarabağ Dirçəliş Fonduna müraciət edərək, eyni zamanda, “iTicket.az” saytından və satış məntəqələrindən əldə etmək mümkündür. (Bilet əldə etmək üçün linkə keçid et: https://iticket.az/events/concerts/karabakh-night-charity-concert). Konsertdən əldə olunan vəsaitlər işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, həmçinin burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.

Qarabağ Dirçəliş Fondu hər kəsi işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaq kimi mühüm bir missiyaya xidmət edəcək konsertə bilet əldə etməyə dəvət edir. Hər bilet Qarabağın dirçəlişi üçün mühüm töhfədir.

Baxış sayı : 174
Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov