2022-06-21 09:45:44 | SİYASƏT
Rafael Hüseynov Avropa Şurasını və avropalı parlamentariləri ikili standartlara son qoymağa çağırıb

Pandemiya heyrətli gücü ilə qarşısının alınması çox çətin olan qanunsuz narkotik dövriyyəsinə də mane oldu, terrorizmin irəliləyişinə əngəl törətdi, hətta başqa ölkənin ərazilərini zəbt etmək istəyən işğalçıların niyyətlərini də müəyyən zaman çərçivəsində dayandırdı, separatçıları susdurdu.

Hər kəsə sübut etdi ki, dünyada insan həyatından ali dəyər yoxdur. Çox şeyə qalib gəldi, ancaq üstün gələ bilmədiyi bir şey oldu – ikili standartlar. Hətta bəşəriyyət ölüm təhlükəsi ilə üzləşdiyi vaxtda da bu bəd xislətdən can qurtara bilmədi. Adicə koronavirusa qarşı peyvəndi bölüşdürmək məsələsinin həllində ikili standartlar bütün qabarıqlığı ilə yenə özünü göstərdi.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun yay sessiyasının ilk plenar iclasında Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabatlarla bağlı müzakirələrdə deyib. O, ötən çətin ikiillik dövrdən siyasi nəticələr çıxarmağın vacibliyinə toxunub.

“Zənnimcə, olub-keçənlərdən dərs almaq çox vacibdir. Son iki ilin təcrübəsini yaşayandan sonra nəticə çıxaraq və ən azı iki həqiqətin uğrunda mübarizələrdə daha ardıcıl, daha prinsipial mövqe tutaq.

İnsanları məhrumiyyətlərə, acılara, ölümlərə düçar edənlərə, fəlakətlərə sürüyənlərə qarşı mübarizələrdə əvvəlkindən daha yekdil, daha qətiyyətli, daha güzəştsiz olaq və ən mühümü – hətta pandemiyadan da pis mənada güclü olmağı bacarmış ikili standartlara qarşı bundan sonra bir az da barışmaz olaq”, - deyə azərbaycanlı deputat avropalı həmkarlarını ikili standartlara son qoymağa çağırıb.

Qeyd edib ki, hər yaşanmış dövrün, keçilmiş mərhələnin dəyərləndirilməsinə ehtiyac var. Pandemiya demokratiyadan, insan haqlarından güclü ola bildiyini, hamını asanlıqla öz iradəsinə tabe etməyə qadir olduğunu göstərdi. Müəyyən qadağalar tətbiq olundu, bu qadağalar müzakirələrsiz, etirazsız qəbul olundu. Virusa qalib gəldik İnsanlar bu gün anlayırlar ki, pandemiyadan əvvəl xoşbəxt həyat olub.

“Gəlin virusun kökünü kəsməyə çalışdığımız kimi, Avropa Şurasındakı köhnə xəstəlik olan ikili standartlar məsələsinə də son qoymaq istiqamətində də çalışaq”,-deyə R. Hüseynov bildirib.

Baxış sayı : 116
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb