2022-06-20 08:50:52 | SİYASƏT
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub

Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə işlərinə başlanılıb. Ötən ilin yanvar ayında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb.

Ötən müddət ərzində bu sahədə işlər görülüb. Digər minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 20 min hektardan artıq ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu sözləri IX Qlobal Bakı Forumu çərçivəsində Şuşada təşkil edilmiş panel iclasda iştirak edən Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov AZƏRTAC-a açıqlamasında söyləyib.

İşğaldan azad olunan ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan Vüqar Süleymanov deyib: “Bu il də fəaliyyətimiz davam edir. Ötən ilin sonunda təsdiq olunmuş tədbirlər planına əsasən, cari ildə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ümumilikdə 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulub”.

Beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiklərini diqqətə çatdıran Agentliyinin İdarə Heyətinin sədri əlavə edib: Azərbaycanda bir neçə xarici şirkət fəaliyyət göstərir. Biz yeni texnologiyaları cəlb etmişik. Bu, havadan ərazilərin öyrənilməsi və qiymətləndirilməsi texnologiyasıdır. Hansı ki, bir neçə cihaz tərəfindən yığılan məlumatlar süni intellekt tərəfindən emal olunur və sahələr barədə bizə məlumat verilir. Bu, işimizin düzgün planlaşdırılması və sürətinin artırılması üçün çox önəmlidir”.

Baxış sayı : 120
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb