2022-06-18 15:50:43 | MÜSAHİBƏ
44 günlük müharibədə 40-a yaxın cərrahi əməliyyat keçirən həkim!

Tarixi qələbəmizin qazanılmasında hər bir Azərbaycan vətəndaşı Müzəffər Ali Baş Komandana, qəhrəman əsgərlərimizə dəstək oldu. Xalqımızın birliyi bu möhtəşəm qələbəni, tarixi Zəfərimizi bizə bəxş etdi. 44 günlük müharibədə qəhrəman əsgərlərimizin hər zaman yanında olan, onların sağlamlığının keşiyində duran, onlarla yaralını həyata qaytaran insanlardan biri cərrah həkim Anar Yusibov olub.

O, müharibə başlayana qədər Avrasiya Hospitalında ümumi cərrah kimi çalışırdı. Əslən Kəlbəcərdən olan Anar Yusibov tibb üzrə fəlsəfə doktorudur. O, 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə-proflatika fakültəsində təhsil almışdır.

2004-2005-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında Cərrahiyyə şöbəsində internatura keçmişdir. 2007-2010-cu illərdə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində aspirantura təhsili almışdır. O, Almaniya, İsveçrə, Türkiyə, Rusiya, və s ölkələrdə Laparoskopik cərrahiyyə təkmilləşdirmə üzrə kurs, seminar, konqreslərdə iştirak etmişdir.

Məşhur cərrah Anar Yusibov 44 günlük müharibə gündəliyinə nəzər salaraq deyib: “Mən müharibə başlayan kimi könüllü olaraq cəbhəyə getmişəm. Mən Naftalan xəstəxanasına çalışdım. İlk günlər təchizatla bağlı problemlər yaşandı. Amma sonradan bu məsələləri həll etdik. Biz tibbi avadanlıqları, cərrahiyyədə lazım olan ləvazimatları təşkil etdik. Cərrah kimi Naftalandakı xəstəxanada maksimum qüvvə ilə çalışdım. Prezidentimizin dəstəyi bizi ruhlandırmışdı. Bizim də borcumuz əsgərlərimizin yanında olmaq idi. Həyata keçirdiyim cərrahi əməliyyatların sayı təxminən 40-a yaxın olub. Çünki hər gün, hətta gecələrdə əməliyyat blokunda çalışırdım. Vaxt tapan kimi bir az dincəlirdik ki, gecə gələn xəstələrimizi əməliyyat edə bilək. 4 əməliyyat bloku təşkil etmişdik. Elə olurdu gün ərzində xəstəxana dəfələrlə dolub boşalırdı. Biz gələn yaralıları əməliyyat edib arxa cəbhədə olan digər xəstəxanalara göndərirdik. Əməliyyat etdiyimiz xəstələrin demək olar ki, hər biri sonradan şəfa tapdı. Çünki biz özümüzlə bərabər peşəkar həkim komandasını ora aparmışdıq. Deyərdim həkim heyətimiz bu missiyanı ləyaqətlə yerinə yetirdi”.
Tanınmış cərrah  44 günlük müharibəni xatırlayaraq daha sonra qeyd edir: “Bizim çalışdığımız ərazidə 10-dan artıq cərrah həkimlərimiz var idi. Digər sahələr üzrə də könüllü getmiş həkimlərimiz orada olub. Demək olar ki, bu insanların hər biri öz işinə peşəkarlıqla yanaşan insanlar idi. Apardığımız əməliyyatların nəticələrinə baxanda bu peşəkarlıq aydın görünür. Mən ən ağır əməliyyatlara girirdim. Yadımdadır  xeyli sayda ağır yaralanmış əsgərimizin qıçının amputasiyasına qoymadım. Sonradan həmin insanların qolu, qıçı normal inkişaf etdi. Əlimizdən gələni edirdik ki, ağır xəsarət almış əsgərlərimizin qolu, qıçı kəsilməsin. Onları çalışırdıq zamanında əməliyyat edək ki, fiziki sağlamlığı bərpa olunsun. Gərgin və möhtəşəm günlər idi. Torpaqlarımız işğaldan azad olunduqca qürur hissi keçirirdik. Sonrada Suqovuşana getdik. İstəyirdik orada Səhra hospitalı təşkil edək. Gözəl məkanlar idi. Nəhayət müharibə bizim tarixi Zəfərimizlə bitdi. Həmin səhra hospitalını təşkil etməyə ehtiyac qalmadı. Bu gün biz qürur hissi keçiririk ki, bu qələbənin qazanılmasında, yaralanmış əgsərlərimizin həyata qayıtmasında əməyimiz var. Cərrah həkimi olaraq öz işimizin öhdəsindən layiqincə gələ bildik”.

Anar Yusibov cəbhədə və hospitaldakı həmin gərgin hadisələri  xatırlayaraq daha sönra qeyd edib: “Gerçəkdən bir çox məqamları nəzərdən keçirəndə mən Azərbaycan əsgərini yenidən kəşf etdim. Bu əsgərlər cəngavər insanlar idi. Xəstəxanaya yaralı gələn əsgər tez sağalıb ön cəbhəyə yoldaşlarının yanına dönmək istəyirdi. Bütün bunlar bizim Zəfərimizin əsasını təşkil edirdi”.

Fact-info.az

Baxış sayı : 281
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb