2022-06-13 19:40:00 | AKTUAL
Xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər

Bakıda keçiriləcək “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələrinin iştirakçıları olan xarici ekspertlər və jurnalistlər Ağdama səfər ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi, Şahbulaq qalası və Ağdamkəndə baxış keçirən qonaqlar ermənilərin 30 ilə yaxın işğal dönəmində törətdikləri dağıntıların və vandalizm aktlarının şahidi olublar.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonadağıntıların miqyası, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində, o cümlədən Ağdamda kütləvi şəkildə minalar yerləşdirildiyi, rəsmi İrəvanın mina sahələri ilə bağlı bütün xəritələri təqdim etmədiyi barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Ağdamdakı xüsusi nümayəndəliyində olarkən qonaqlara 27 illik işğaldan azad edildikdən sonra dağıdılmış Ağdam şəhərinin yenidən qurulması üçün hazırlanmış Baş plan nümayiş etdirilib, indiyədək görülən bərpa-quruculuq işlərindən danışılıb.

Qonaqları səfərdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları müşayiət ediblər.

Qeyd edək ki, “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələr Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə 14 iyun 2022-ci il tarixində keçiriləcək.

Baxış sayı : 205
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib