2022-06-12 07:05:46 | SİYASƏT
Elşad Mirbəşiroğlu: Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri illər ötdükcə daha aydın şəkildə görünməkdədir

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşdi. Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoyurdu. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi də suverenliyimizə təhdid yaradan amillərdən idi.

Ölkələrlə münasibətlər korlanmış, bəzilərinə də qarşı iddialar irəli sürülürdü. Bu ritorika Azərbaycanı qonşu dövlətlərlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmaqda idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Deputat vurğulayıb ki, AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması və torpaqlarımızın işğalı ilə nəticələndi. Bu şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta dövlətimizin mövcudluğu böyük bir sual altında idi. Belə bir məqamda yeganə nicat yolunu ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə çağırırdı. Ulu Öndərin siyasi təcrübəsi, müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik nümunələri və öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında sıx birləşməsinə səbəb olmuşdu. Xalqımızın bütün təbəqələri inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır, mürəkkəb və faciəvi vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız ümummilli lider Heydər Əliyev xilas edə bilər. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Bu tarixi dönüş olmasa idi, bəlkə bugünkü Azərbaycan da olmazdı. Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla alındı. Ümummilli Lider öz qayıdışı ilə Azərbaycana sabitlik, təhlükəsizlik, dirçəliş və davamlı inkişaf gətirdi.

E.Mirbəşiroğu deyib: “Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında çıxış edən Ümummilli Lider Ali Sovetin Sədri kimi xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram elan etdi. Beləliklə, Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluşdan götürdü. 1993-cü ilin 15 iyunu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.

O qeyd edib ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetiriblər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərtərəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə ulu öndər Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq. Xilaskarlıq missiyasını üstlənərək Azərbaycan xalqını ən ağır bəlalardan hifz edən, çox mürəkkəb geosiyasi reallıqların hökm sürdüyü bir şəraitdə Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən qoruyan və bütün çətinliklərə, təzyiq və təhdidlərə sinə gərərək “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən ümummilli lider Heydər Əliyev hər bir azərbaycanlının qəlbində əbədi taxt qura bildi.

“Ümummilli lider Heydər Əliyevin siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır. Danılmaz həqiqətdir ki, onun xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarının qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Baxış sayı : 324
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib