2022-06-08 17:55:13 | QHT VƏ MEDİA
Başağrıları 40-a yaxın xəstəliyin əlaməti ola bilər

Kəskin başağrılarından şikayət edən xəstələrlə son vaxtlar tez-tez rastlaşırıq. Hər bir insan həyatının müəyyən dövründə qısamüddətli də olsa, başağrılarından əziyyət çəkir. Həmin ağrılara etinasız yanaşmaq ciddi fəsadlarla nəticələnə bilər. Başağrıları 40-a yaxın xəstəliyin ilkin əlaməti hesab edilir.

AZƏRTAC xəbər verir ki, həkim-nevroloq Günay Şükürovanın dediyinə görə, bunun səbəbi yalnız həkim müayinəsindən sonra bilinir: “Ağrılar çoxdan davam edirsə, son vaxtlar əvvəllər olmadığı qədər çox şiddətlidirsə, müalicə ilə yüngülləşmirsə və ağrı artaraq gedirsə, yaxud başqa nevroloji çatışmazlıqlar varsa, MRT müayinəsinə ehtiyac yaranır. Bəzən isə xəstələr onlarda olan başağrılarını hava dəyişkənliyi ilə əlaqələndirirlər, gün ərzindəki yorğunluq və ya başqa bir xəstəliklə əlaqədar olduğunu düşünürlər. Miqrenli xəstələr çox küləkli, soyuq havada olanda onlarda ağrının tutduğunu və ya gün ərzində çox yorulanda ağrının yarandığını və şiddətləndiyini vurğulayırlar”.

Gərginlikdən yaranan başağrılarına indi daha çox rast gəlinir. Ağrılar əsasən gicgah və ənsə nahiyəsində, bəzən isə bütöv başda hiss olunur. Həmin ağrılar minimum 30 dəqiqə, maksimum isə bir neçə günə qədər davam edə bilir. Miqren xəstələrində isə ağrılar əsasən səhər saatlarında başlayır. Bu zaman beyin qan dövranının kəskin şəkildə pozulması baş verir. Burda yaş faktoru da əhəmiyyət daşıyır. Həftə ərzində üç-dörd dəfədən artıq başağrıları varsa, bu, artıq riskli vəziyyət hesab olunur. Belə olduqda xəstələr çoxsaylı ağrıkəsicilərdən istifadə edir.

“Yadda saxlamaq lazımdır ki, çox ağrıkəsicidən istifadə etmək xəstədə ağrıların xronikləşməsinə və yenidən daha çox yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, bir ay ərzində səkkiz-on dəfədən çox ağrıkəsici istifadə etmək olmaz. Hipertoniya xəstələrində təzyiq yüksələn və enən zaman başda ağrı ola bilər. Yaxud şəkərin çox yüksəlməsi zamanı xəstələr başağrısından şikayətlənirlər. Kəllədaxili təzyiq hallarında başağrısı ola bilər. Bunlar ikinci növ başağrılarıdır, yəni həmin ağrının altında yatan xəstəlik mövcuddur”, - deyə həkim-nevroloq bildirib.

Ona görə də istənilən başağrısına ciddi yanaşmaq və davamlı xarakter alması hallarında həkimə müraciət etmək lazımdır.

Baxış sayı : 162
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib