2022-06-07 10:25:04 | AKTUAL
Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq

Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad edilən ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıtmaları yolunda qarşılaşdığımız ən ciddi və təhlükəli maneə bu torpaqların erməni işğalçıları tərəfindən minalanmasıdır. Azərbaycanın ölkəmizin ərazisində terror-təxribat cinayətləri törədən erməni silahlı dəstələrinin üzvlərini geri qaytarması müqabilində Ermənistan dövlətinin verdiyi xəritələrin yararsız olması, işğalçı ölkənin post-müharibə dövründə də nə qədər qeyri-səmimi olmasının, insan həyatına dəyər verməməsinin təzahürüdür.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.

İşğaldan azad olunan ərazilərdə indiyədək 220-yədək mina hadisəsinin baş verdiyini vurğulayan hərbi ekspert bildirib: “Bu hadisələr nəticəsində 181 nəfər yaralanıb. Onlardan 67-si mülki şəxs, 114-ü isə hərbçidir. Həlak olanların sayı isə 38 nəfərdir ki, onların da 31-i mülki şəxs, 7-si hərbçidir. Həmin 31 mülki şəxs arasında AZƏRTAC-ın və AzTV-nin şəhid jurnalistləri də var. Xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən ərazilərə ezam olunan çəkiliş qrupunu aparan avtomobilin düz bir il əvvəl Kəlbəcər rayonu ərazisində minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular. Bu gün həmin hadisədən bir il ötür. Allah bütün şəhidlərimizə rəhmət etsin. Erməni terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin xatirəsi qəlbimizdə daim yaşayacaq”.

Ə.Verdiyev qeyd edib ki, xalqımız erməni terrorunun qurbanlarının xatirəsini daim əziz tutur. Biz hər zaman onları xatırlamalı, xatirələrinin əbədiləşdirilməsi üçün əlimizdən gələni etməliyik. Şəhid jurnalistlərimizin yaşadıqları binalarda, çalışdıqları qurumlarda xatirələri əbədiləşdirilib. Onların minaya düşərək şəhid olduqları yerdə də xatirə lövhəsi qoyulmalıdır ki, o yolla gedib-gələnlər erməni terrorunun dəhşətli nəticələrini əyani surətdə görə bilsinlər.

“Müharibənin başa çatmasından 18 ay keçib. Hazırda işğaldan azad edilən ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti fasiləsiz minatəmizləmə əməliyyatları həyata keçirirlər. Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniyadan olan mütəxəssislər bu işdə ölkəmizə dəstək verirlər. Bu prosesdə qardaş Türkiyənin dəstəyini xüsusi vurğulamaq lazımdır. Azərbaycan dövlətinin hər il milyonlarla manat vəsait sərf etdiyi minatəmizləmə əməliyyatları bundan sonra da davam edəcək. Bundan başqa, mina hadisələri nəticəsində şəhid olan insanların ailələrinə, sağlamlığını itirənlərə pensiyalar, müxtəlif sosial yardımlar ödənilir ki, buna görə də böyük miqdarda vəsait sərf edilir. Azərbaycan dövləti bu məsələni də beynəlxalq məhkəmələrdə qaldırmalı, minatəmizləmə əməliyyatları və mina hadisələrinin nəticələri ilə bağlı təzminat tələbi irəli sürməlidir. Biz minalanmış ərazilərlə bağlı çəkilən bütün xərclərə görə Ermənistanın təzminat ödəməsinə dair beynəlxalq məhkəmələrdə qərarın qəbul edilməsinə nail olmalıyıq”, - deyə hərbi ekspert diqqətə çatdırıb.

Baxış sayı : 228
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir