2022-06-07 09:50:43 | AKTUAL
Azərbaycanlı bəstəkar Ukraynanın beynəlxalq müsabiqəsinin laureatı olub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın istedadlı xor artisti, gənc bəstəkar, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının Magistrantı Aydan Əliyeva Ukraynanın "Budu jiti Ukrainı" ("Ukraynada yaşayacağam") beynəlxalq müsabiqəsinin laureatı olub.

Press.az xəbər verir ki, bu münasibətlə müsabiqə təşkilatçıları tərəfindən Aydan Əliyeva 1-ci yer "Diplom"-u ilə mükafatlandırılıb.

Uşaq yaşlarından musiqiylə məşğul olan 24 yaşlı bəstəkar Aydan Əliyeva, Avropa və Milli musiqiyə olan marağından dolayı həm pianoçu həm xanəndə, həm də bütün bunların cəmi ilə Baki Musiqi Akademiyasına Professor Aydın Azimovun sinfinə qəbul olaraq Bəstəkar kimi təhsil almışdır.

Yaradıcıllıqında həm kiçik, həm də iri həcmli müxtəlif janrlı bir sıra əsərlərin müəllifidir. (F-no üçün preludlər, f-no üçün Mövzu və 7 variasiya, Cello və fortepiano üçün 3 hissəli sonata və 2 pyes- "Adajio və Skerzo, Böyük Simfonik Orkestr üçün 4 hissəli "Qarabağ" simfonik poeması, 3 hissəli Simli Kvartet, Böyük Simfonik Orkestr üçün yazılan "Abşeron lövhələri" suitası, Azərbaycan Polisi marşı, və 50-dən çox mahnı).

Eləcə də Müstəqilliyimizin 104-cü ilinə həsr etdiyi "Gözəl Azərbaycan" adlı yeni yazdığı mahnı əməkdar artist Lalə Məmmədova tərəfindən ifa olunmuş və yenicə yayımlanmışdır.

Həmin mahnını təqdim edirik.

Baxış sayı : 222
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir