2022-06-01 09:45:19 | AKTUAL
Silahlı separatizm beynəlxalq hüququ məhv edən bəladır

İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri və Türkiyənin buna reaksiyası Avropa təhlükəsizlik sistemində mövcud olan fundamental problemlərdən birini daha da bariz şəkildə ortaya qoydu.

 Avropanın əsas sənədlərindən olan Helsinki Yekun Aktında ərazi bütövlüyünün Avropada münasibətlərin təməl prinsipi kimi qeyd olunmasına baxmayaraq, həqiqətdə bu heç də həmişə belə deyil. Qarabağ, Abxaziya, Dnestryanı, Şərqi Ukrayna, Kosovo, Türkiyənin cənub-şərqi kimi nümunələr aqressiv separatizmin nəinki dövlətçiliyi məhv etdiyini, həm də fundamental insan hüquqlarının, o cümlədən yaşamaq və təhlükəsizlik hüququnun kütləvi və sistemli şəkildə pozulmasının mənbəyi olduğunu nümayiş etdirən hallardır.

Bu fikirləri Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.

Deputat qeyd edib ki, separatizm problemi Qərbi Avropada da mövcuddur. Ən çox adları hallanan Korsika, Şotlandiya və Kataloniyadır. Lakin, bu məsələlərdə təməl bir fərq var. Qərbi Avropada silahlı separatizmə qarşı dözümsüzlük ən yüksək səviyyədədir. Əlində silahla Korsikanı Fransadan ayırmaq istəyən bir şəxs dərhal terrorçu elan ediləcək. Əksinə Şərqi Avropadakı oxşar silahlı separatçılara Qərb ölkələri tərəfindən adətən “hüquqlar uğrunda mübariz” adı veriləcək, təntənəli şəkildə qaçqın pasportu, Göteborqdakı bələdiyyə mənzilinin açarları və “insan hüquqları fəaliyyəti” üçün hökumət qrantı təqdim ediləcək: “Bu cür təcrübə onilliklərdir ki, mövcuddur. Eyni zamanda, həmişə və hər yerdə silahlı separatizm təcavüz aləti və birbaşa və gizli kənar müdaxilə üçün bəhanə kimi istifadə olunur. Mən Qərbi Avropa hökumətlərinin bu üsulla məzlum insanları qoruduqlarına və ya sadəcə böyük siyasi oyunda istifadə etdiklərinə inandıqlarına dair mülahizələri irəli sürməyəcəyəm. Görünən odur ki, bu, həm Avropada təhlükəsizliyin əsas prinsiplərini pozur, həm də Qərbi Avropanın bir sıra ölkələrinin şərq qonşularından fərqli olaraq hələ də özlərini “əsl avropalılar” kimi gördüklərini vurğulayır. Silahlı separatizm Avropanı dağıdan, sabitliyi və sülhü pozmaq üçün əsas vasitəyə çevrilmiş şərdir. İstər silahlı separatçılara, istərsə də onların himayədarlarına qarşı beynəlxalq səviyyəli təsirli sanksiyalar mexanizmini yaratmaq və tətbiq etmək lazımdır. Təcrübənin göstərdiyi kimi, ərazi bütövlüyünün bəyan olunması kifayət etmir. Avropa ölkələri sülh və təhlükəsizlik istəyirlərsə, bir-birinin ərazisində silahlı və təcavüzkar separatizmi birbaşa və dolayı yolla dəstəkləməyə yönəlmiş addımlardan çəkinməli və bu, onların beynəlxalq öhdəliklərində öz əksini tapmalıdır.

Azərbaycan üçün bu digərlərindən daha aydındır. Hesab edirəm ki, biz türkiyəli və digər tərəfdaşlarla bu mövqeyi bütün Avropa platformalarında təbliğ etməliyik. Axı bu gün biz unikal vəziyyətlə üz-üzə qalmışıq. Avropa təhlükəsizlik sisteminə yenidən baxılmalı və yeni mexanizmlər yaradılmalıdır”.

O əlavə edib ki, Azərbaycan regionda ən mühüm dövlətlərdən biri olmaqla yanaşı, sabitlik mənbəyidir. Biz yaxın illərdə meydana çıxması qaçılmaz olan yeni Avropa təhlükəsizlik sisteminin sadəcə iştirakçısı deyil, onun memarlarından biri olmaq üçün bütün resurslara və imkanlara malik ölkəyik.

Baxış sayı : 227
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir