2022-06-01 08:20:57 | MƏDƏNİYYƏT
Norveçdə Azərbaycan milli geyimləri nümayiş etdirilib

Norveç paytaxtında, Azərbaycan milli geyimlərindən ibarət moda nümayişi təşkil olunub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Oslo Azərbaycan evi tərəfindən bu şəhərdə yerləşən Soria Moria tədbir mərkəzində reallaşan tədbir, "Şuşa İli" çərçivəsində 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunub.

Mərasimində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner Gülnarə Xəlilovanın, yeni "Xarı bülbül" və "Qarabağ" milli üslublu qadın geyim kolleksiyalarının nümayişi də keçirilib.

Kolleksiyanın müəllifi Azərbaycanın milli qədim geyim stili, qədim naxışlar, milli atributika, Xarı Bülbül gülü və bütövlükdə Qarabağ regionunun geyim ənənələrinin əks olunduğu kolleksiya ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Mərasimdə Xalq şairi Baba Vəziroğlu çıxış edərək Qarabağa həsr etdiyini şeirini oxuyub. Ardınca, Norveçdə fəaliyyət göstərən "Alaturka" Türk qadın xoru, Azərbaycan milli və bəstəkar mahnılarını ifa edib.

Qeyd edək ki, tədbir əsnasında qonaqlara Azərbaycanın Qarabağ bölgəsi və bu bölgənin ölkəmizin tarixi, mədəniyyətindəki yeri barəsində ətraflı məlumat verilib.

Baxış sayı : 203
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir