2022-05-30 10:00:38 | QHT VƏ MEDİA
Xorvatiya ictimaiyyəti Azərbaycanın Müstəqillik Günü barədə məlumatlandırılıb

Xorvatiyanın nüfuzlu və geniş oxucu kütləsinə malik "Nacional" jurnalında Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun Müstəqillik Gününə həsr olunmuş geniş məqaləsi dərc edilib.

Məqalədə 28 May – Müstəqillik Gününün tarixi əhəmiyyəti, eləcə də ölkəmizin müstəqilliyini bərpa etməsi barədə ətraflı məlumat verilib. 1918-ci il mayın 28-də müstəqil, azad, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olması, habelə 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmasında olan rolundan danışılıb. Eyni zamanda, çətin bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən görülən fəaliyyət nəticəsində ölkəmizin beynəlxalq hüququn subyektinə çevrilməsindən söhbət açılıb. XX əsrin sonlarında yenidən öz müstəqilliyini qazanan dövlətimizin keçdiyi çətin, əzablı tarixi yol barədə məlumat verilərək, həyata keçirilmiş qətiyyətli və müdrik siyasət nəticəsində Azərbaycanın müstəqil və suveren ölkə kimi mövcudluğunu qorunduğu, müasir dövrdə regionun lider ölkəsinə çevrildiyi bildirilib.

Qeyd olunub ki, bir ərazini vətənə, dövlətə çevirmək üçün güclü siyasi iradə və milli kimlik ən vacib amillərdir və Ulu Öndərin məşhur "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam" ifadəsi məqalədə xüsusi vurğulanıb.

Baxış sayı : 208
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib