2022-05-25 10:35:40 | SİYASƏT
ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir

Mayın 20-də ABŞ Prezidenti Co Bayden Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu, ABŞ Prezidentinin son bir ildə Azərbaycan Prezidentinə göndərdiyi sayca 4-cü təbrik məktubu idi

Yəni, 2021-ci ilin martın 18-də Novruz bayramı, həmin ilin mayın 24-də 28 May – Müstəqillik Günü, 2022-ci il martın 20-də isə yenə Novruz bayramı və nəhayət, qeyd etdiyimiz kimi cari ilin mayın 20-də Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunu qeyd edə bilərik. Məlumdur ki, təbrik məktubları, sadəcə, təbrik xatirinə yazılmır, bu cür məktublarda ölkələrin bir-birinə münasibəti, həmin dövrə aid əməkdaşlığın durumu və gələcəyə yönəlmiş ciddi mesajlar qeyd olunur. Bu baxımdan son 4 məktubun məzmununun təhlili maraq doğurur. Çünki bu, bizə ikitərəfli münasibətlərdə və strateji baxışda nəyin dəyişdiyini görməyə imkan verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

ABŞ Prezidentinin dövlətimizin başçısına 2021-ci il martın 18-də göndərdiyi təbrik məktubu haqqında danışan Milli Məclisin deputatı bildirib ki, Co Bayden burada bir neçə vacib məsələlərə toxunub. Bunlara misal olaraq, ABŞ administrasiyasının təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışmaq, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalmaq, həmçinin ABŞ iqtisadiyyatının şaxələndirilməsini və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı ölkəmizin səylərini dəstəkləmək məsələlərini qeyd edə bilərik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün Azərbaycanla yeni imkanları nəzərdən keçirmək arzusundadır. Bu səbəbdəndir ki, ABŞ münaqişə və koronavirus pandemiyası ilə yaddaqalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid etdiyi bildirib.

Azay Quliyev Co Baydenin Prezident İlham Əliyevə ünvanlandığı 2021-ci mayın 24-də göndərdiyi təbrik məktubuna da toxunub. Deputat bildirib ki, ABŞ Prezidentinin təbrik məktubunda Azərbaycanın müstəqilliyinin 1991-ci ildə bərpa edilməsindən 30 il keçməsi, bu müddət ərzində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası xalqları arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışması məsələləri öz əksini tapıb. Bundan əlavə, Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləməsi, eyni zamanda, Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığı da məktubda göstərilib. ABŞ tərəfi, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldıqlarını da bildirib. Co Bayden təbrik məktubunda münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid etdiyini də vurğulayıb.

Prezident C.Baydenin 2022-ci il martın 20-də Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu da diqqətçəkən məqamlarla zəngin idi. Misal olaraq, bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi olması, ABŞ Administrasiyasının Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam etməyə çalışması, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləmək təşəbbüsləri qeyd edilib”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, 2022-ci il mayın 22-də ABŞ Prezidenti növbəti dəfə dövlətimizin başçısına təbrik məktubu göndərib. C.Bayden bu məktubda bir neçə ciddi mövzulara da toxunub. A.Quliyev vurğulayıb ki, Co Bayden Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunmasından danışıb. ABŞ Prezidenti bildirib ki, ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Həmçinin Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyindən, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımından, terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrimizdən danışıb.

Göründüyü kimi, ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə göndərdiyi sonuncu məktub məzmun və məna baxımından əvvəlkilərdən çox fərqlənir və mətndə verilən mesajların bir çoxu strateji baxımdan mühüm yeniliklərdi.

İlk növbədə, onu qeyd etmək istərdim ki, 2022-ci il mayın 20-də Co Bayden tərəfindən Prezident İlham Əliyevə göndərilən məktubda əvvəlkilərdən fərqli olaraq nə Dağlıq Qarabağ münaqişəsinin həllinə, nə də ATƏT-in Minsk qrupuna heç bir istinad yoxdur. Bu faktın özü də onu göstərir ki, Co Bayden bu məsələ ilə bağlı Azərbaycanın məlum mövqeyini qəbul edir və ona hörmətlə yanaşır. Baxmayaraq ki, bir neçə həftə öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona etdiyi səfər zamanı dövlət katibi Entoni Blinkeni inandırmağa çalışırdı ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb və bunun üçün ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməlidir. Ancaq Bayden bu bəyanatı ilə Ermənistanın heç bir aktuallığı qalmayan köhnəlmiş tezislərini deyil, Azərbaycanın real və praqmatik siyasətini müdafiə etməyə üstünlük verdi.

Milli Məclisin deputatı qeyd edib ki, bundan başqa, ABŞ Prezidenti dəyişən dünya düzənində Azərbaycanın yerini və əhəmiyyətini düzgün qiymətləndirərək 5 yeni strateji tezisi ilk dəfə olaraq məktubun mətninə əlavə etdi:” ABŞ Azərbaycanın Avropa və dünya bazarlarının enerji təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını qeyd edir. Əvvəlki mətnlərdən fərqli olaraq ABŞ ilk dəfədir ki, dünya enerji bazarında həm təhlükəsizliyin təminində, həm də bazarın sabitləşməsində Azərbaycanın rolunu xüsusi olaraq vurğulayır. ABŞ Azərbaycanın Ukraynanın suverenliyinə verdiyi dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib addım hesab edir və bunu alqışlayır. Yəni, ABŞ Azərbaycanın hansı risklər və çətinliklər hesabına Ukraynaya dəstək verdiyinin fərqində olduğunu və ölkəmizin bu cəsarətli addımını, beynəlxalq hüquqa sadiqliyini yüksək qiymətləndirdiyini bildirir. ABŞ hazırda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkanın olduğuna inanır və bu baxımdan Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bildirir. Bununla ABŞ bütün Qafqaz və hətta Trans-Xəzər regionunun inkişafında, Cənubi Qafqazda sülhün əldə olunmasında Azərbaycanın müstəsna roluna və imkanlarına diqqət çəkir və bizə hərtərəfli dəstək verəcəyini də vəd edir. Bu çox önəmli bənddir və bu cümlə ilə ABŞ hazırda dünyada və regionda yaşanan geosiyasi türbulanslar fonunda Azərbaycan üçün ən önəmli məsələyə- onun ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə ciddi dəstək verdiyini açıq mətnlə ifadə edir. ABŞ qarşıdan gələn illər və onilliklərdə Azərbaycanla münasibətləri daha da genişləndirmək arzusunda olduğunu vurğulayır. Yəni, əvvəlki mətnlərdən fərqli olaraq əməkdaşlığın inkişafı nəzərdən keçirilmir, qəti olaraq bildirilir ki, ABŞ Azərbaycanı bundan sonra, gələcək on illər ərzində özünün stateji tərəfdaşı kimi görür və əməkdaşlıq imkanlarını genişləndirməyi planlaşdırır.

O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi və Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına edilən cəhdlər fonunda ABŞ-ın Azərbaycana bu cür açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir. Bütün bunlar isə Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər düzgün və uzaqgörən siyasət olduğunu bir daha isbatlamış olur. Ümid edirik ki, ABŞ prezidenti Co Bayden bundan sonra Azərbaycanla münasibətlərdə yazdığı məktubun ruhuna uyğun davranacaq və erməni lobbisinin təzyiqlərinə əhəmiyyət vermədən qeyd etdiyi istiqamətlərdə ölkəmizə real və praktiki dəstək verəcək.

Baxış sayı : 142
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb