2022-05-23 08:40:50 | QHT VƏ MEDİA
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib

Mayın 22-də Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.

Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildiriblər ki, qonaqları Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan şad olduğunu söyləyən S.Seyidov qeyd edib: “Bu gün siz azad Şuşadasınız”. O diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş ərazilərini işğaldan azad edib. Komitə sədri bildirib ki, bu, bizim Şuşada ilk görüşümüzdür.

S.Seyidov diqqətə çatdırıb ki, Ermənistan işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi, maddi-mədəni irsini dağıdıb, şəhərlərimizi və kəndlərimizi məhv edib. Təsadüfi deyil ki, bu əraziləri “Qafqazın Xirosiması” adlandırırlar. O qeyd edib ki, həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır və hələ görülməli işlər çoxdur. Komitə sədri bu görüşün Şuşada keçirilməsinin önəmindən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərlərinin və Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini qeyd edib. O, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşlərdən danışıb. S.Seyidov tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri N.Samxaradze çıxış edərək bu görüşün təşkilinə görə təşəkkürünü bildirərək deyib: “Bu format bizim inkişafımız üçün gözəl zəmin yaradır. Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir”. N.Samxaradze parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rol oynadığını qeyd edib. Gürcüstan parlamentinin komitə sədri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin regional əməkdaşlıqda rolu və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç bu formatda keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, bu tədbirin Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində təşkilinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. “Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik. Parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə iki ölkə arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaqdır”,- deyə o vurğulayıb.

Sonra hər üç ölkənin deputatları çıxış edərək Asim Mollazadə, Derya Bakbak, Mehmet Güzelmansur, Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Nigar Arpadarai, Davit Zilpimiani, Kamil Aydın və başqaları belə birgə iclasın azad edilmiş ərazilərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsinin əhəmiyyətindən danışıblar.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Rasim Musabəyov, Ramil Həsən, Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Azər Kərimli, Sevil Mikayılova, Cavanşir Feyziyev, Ramin Məmmədov, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üzvləri və digər rəsmi şəxslər də iştirak ediblər.

Baxış sayı : 166
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb