2022-05-20 21:15:45 | QHT VƏ MEDİA
Bakıda Azərbaycan və Türkiyənin Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Türkiyə Cümhuriyyəti İç İşleri Bakanlığı (Daxili İşlər Nazirliyi) Sivil Toplumla İlişgiler Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə keçirilən Əməkdaşlıq Forumunda öncə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru xanım Aygün Əliyeva Forum iştirakçılarını və qonaqları salamladı. O, yeni yaradılan Agentliyin əməkdaşlarının 3-cü sektorda müsbət dəyişikliklər etmələri üçün müəyyən addımlar atdıqlarını qeyd etdi.

866a6212222b924667fd23d25980f89a.jpeg

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Türkiyə Cümhuriyyəti İç İşleri Bakanlığı (Daxili İşlər Nazirliyi) Sivil Toplumla İlişgiler Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə keçirilən Əməkdaşlıq Forumunda öncə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru xanım Aygün Əliyeva Forum iştirakçılarını və qonaqları salamladı. O, yeni yaradılan Agentliyin əməkdaşlarının 3-cü sektorda müsbət dəyişikliklər etmələri üçün müəyyən addımlar atdıqlarını qeyd etdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev Dövlət Başçısı İlham Əliyevin rəhbərliyi altında aparılan və 44 gün davam edən savaşın tarixi zəfərlə başa çatmasında qardaş Türkiyənin və dost ölkələrin dəstəyini xüsusi qeyd etdi. Vüsal müəllim, 2022-ci ilin yanvar ayında Türkiyəyə səfər zamanı işgüzar görüşlərin təşkil edilməsində zəhməti olan hər bir şəxsə təşəkkürünü bildirdi.

 Türkiyə Cümhuriyyətinin Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin məsul əməkdaşı Ahmet Türköz, Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Kommunikasiya İdarəsi sədrinin müşaviri Orxan Qazigil, AR Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, AR Milli Məclisinin deputatı, “Atatürk Mərkəzi”nin müdiri Nizami Cəfərov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev, AR Medianın İnkişafı Agentliyinin İcraçı Direktoru Əhməd İsmayılov, “Qarabağ” Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov,  AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək Türk dünyası ilə əlaqələrin daha da genişlənməsi, belə tədbirlərin Türkdilli dövlətlərin Qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə təşkil edilməsinin zəruriliyini qeyd etdilər.

Nahar fasiləsindən sonra Forum öz işini paneldə davam etdirdi. AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Toğrul Məmmədlinin moderatorluğu ilə keçirilən müzakirələrdə Türkiyədə fəaliyyət göstərən bəzi QHT (Dərnək) rəhbərləri öz iş təcrübələrindən danışdılar. Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyəti Tədqiqat Vəqfinin(SETA) rəhbəri Mustafa Caner, T.C. Qadın və Demokratiya Dərnəyinin(KADEM Təşkilatı) İdarə Heyəti rəhbərinin müavini xanım Canan Sarı, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri xanım Aygün Attar, T.C. Yeşilay Cəmiyyətinin İcraçı direktoru Muhammet Nurullah Atalan həyata keçirdikləri layihələr barəsində məlumat verdi. Azərbaycandan olan bəzi QHT rəhbərləri çıxış edərək müzakirə edilən məsələlərlə əlaqədar öz təkliflərini səsləndirdilər. Sonda hər 2 dövlətin QHT-ləri adından müraciət qəbul edildi.

Türkanə Səfərova,

  Şamilə Şamilqızı.  


Baxış sayı : 259
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb