2022-05-20 18:10:37 | CƏMİYYƏT
“Şəhidlər ölməz, Vətən bölünməz" kitabının təqdimatı keçirildi-FOTOLAR

Zəfər tariximizin yaratdığı reallıqlar və müasir dövrün çağrışlarına uyğun olaraq gördüyümüz bu işlərin nəticəsində çap olunmuş,  Xəzər rayonunun Şəhidlərindən bəhs edən  “Şəhidlər ölməz, Vətən bölünməz" kitabının təqdimatı20 may saat 14-də Xəzər rayonundaGənclər evində  keçirildi.

Tanınmış ictimai xadim, şair, puplisist Fəxrəddin Meydanlı tədbiri açaraq, şəhidlərimizlə bağlı belə tədbirlərin keçirilməsi zərurətindən danışdı və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Daha sonra çıxış edən kitabın müəllifi Əkrəm Bəydəmirli bildirdi ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsi çərçivəsində   33 Şəhidimizdən  bəhs edən  “Şəhidlər ölməz, Vətən bölünməz" kitabını çap etdirmək qürurvericidir. Belə layihələr gələcəkdə davamlı olaraq həyata keçirilməlidir.

Tədbirə qatılan Xəzər rayon icra hakimiyyətinin şöbə müdiri Teymur Həşimov  “Şəhidlər ölməz, Vətən bölünməz" kitabının çap olunmasını və belə geniş təqdimatının keçirilməsini müsbət dəyərləndirərək bildirdi ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə xidmət edir. Belə kitablar davamlı olaraq nəşr olunmalıdır. 

Digər  çıxış edənlərdə belə layihələri və nəşrləri müsbət dəyərləndirdilər. Şəhid  Ramil Yusifzadənin anası Reyhan xanım orta məktəbdə işlədiyini, istər məktəb daxilində, istərsə də digər məkanlarda bu kitabın geniş yayılmasına çalışacağını bildirdi. Şəhid anası daha sonra qeyd etdi ki, bu kitab Şəhid anaları üçün əvəzsizdir. Mənim kitabxanamın ən dəyərli kitabı olacaq. 

Tədbir zamanı Şəhidlərimizə həsr olunan gənc istedadlıların ifasında musiqi və şeirlərdən ibarət kompazisiya təqdim olundu. 

Fact-info.az


Baxış sayı : 389
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb